Döş kiçildilməsi

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 645
Səs ver:
(səs: 0)
Döş kiçildilməsi əməliyyatı əslində estetik cərrahiyə sahəsində həm estetik, həm də funksional xüsusiyyətləri olan əməliyyatlardan biridir. Çünki, böyük döş qadında vaxt keçdikcə bel, boyun və kürək ağrısı, süd vəziləri altında istidən bişməcə səpkiləri və yaralar yaradır və bu şikayətlərlə xəstələr çox vaxt fiziki müalicə və beyin cərrahiyəsi həkimlərinə müraciət edirlər.

Ağırlıq artdıqca döş uclarına sallanma problemləri də əlavə olunacağı üçün, bu xəstələrdə ağırlıqla əlaqədar fiziki problemlərlə yanaşı, görünüşlə əlaqədar da psixoloji şikayətlər ortaya çıxacaq.

Döş kiçildilməsi əməliyyatı hansı yaşlarda olan xəstələrdə aparıla bilər?
Adətən döş inkişafını başa çatdırmış bütün yaşdan olan insanlarda aparılması mümkündür. Burada müəyyənləşdirici faktor bu vəziyyətin xəstənin gündəlik həyatında nə qədər təsir göstərməsi, psixoloji vəziyyəti və sağlamlıq vəziyyətidir. Döş kiçildilməsi əməliyyatının hər hansı bir son yaş həddi yoxdur.

Döş kiçildilməsi əməliyyatının qərarı necə verilir?
Əvvəlcə bir plastic cərrahiyyə mütəxəssisi sizi ətraflı müayinə etməlidir. Döşünüün ölçüləri, döş ucunun sallanma dərəcəsi, böyük döşlərin çiyinlərdə və döş qəfəsi altında yaratdığı deformasiyalar müayinə edilərək süd vəzisindəki böyüklük dərəcəsinə görə həkiminiz sizin üçün ən müvafiq olan əməliyyat texnikası və lazım olan bütün detallar haqqında məlumat verəcək.

Döş kiçildilməsi əməliyyatı
Əməliyyat xəstəxana şəraitində əksəriyyətlə ümumi anesteziya verilərək təxminən 2-3 saat davam edir. Əməliyyatdan sonra ağrı münümum səviyyədə olur, 3-4 gün evdə istirahət etdikdən sonra gündəlik həyatınıza qayıda bilərsiniz. İstifadə edilən metoddan və kiçildilən miqdardan asılı olaraq, əməliyyat başa çatarkən içəridə qan toplanmasına yol verməmək üçün drenaj qoyula bilər. Bu drenajlar təxminən 7-8 sonra çıxarıla bilər. İdman büsqalteri geyindirilmiş formada evə göndəriləcəksiniz. 3-cü və 7-ci günlərdə əməliyyat sonrası müayinə ediləcəksiniz.

Döş kiçildilməsi əməliyyatı süd kanallarına təsir edir?
Əmizdirmək funksiyası döşün ölçüsü yaxud formasından asılı olmayan bir xüsusiyyətdir. Beyin və süd vəzisi arasında baş verən bir reaksiya zənciri ilə süd ifrazatı baş verir. Texniki olaraq,döş kiçildilməsi əməliyyatının əmizdirməyə təsir edəcəyi müəyyənləşdirilsə də, təcrübədə heç də həmişə belə olmur. Bir sıra əməliyyat metodları süd kanallarına zərər vermədən həyata keçirilir. Bəzi əməliyyat metodlarında isə süd vəzilərinə daha da minimal ölçüdə zərər verməklə aparılır. Bunun qərarını həkimlə birlikdə verə bilərsiniz.

Əməliyyatdan sonra necə izlər qalır?
Döş kiçildilməsi əməliyyatından sonra izlər T adlandırılan formada yaxud da lolipop formasında ola bilər. Burada T formasının necə bir görünüşlə qalacağı cərrahiyyə əməliyyatının düzgün aparılmasından və yaranın sağalmasından asılıdır. İnsanların böyük əksəriyyətində bu izlər 6 ay – 1 il müddətində insanları narahat etməyən formaya düşür.

Doğuşdan sonra nə vaxt döş kiçildilməsi əməliyyatı edilə bilər?
Əmizdirmə pediodu qurtardıqdan sonra ən azı 3-6 ay sonra döşün forması sabitləşəcək. Döş forması qeyri-müəyyən halda ikən aparılacaq əməliyyatın nəticələri qane edici olmayacağı üçün, əmizdirmə başa çatdıqdan sonra əməliyyat olunmağınızı tövsiyə edirik.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri