​​​​​​​Həm gözəlləş, həm miqrendən xilas ol

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 359
Paylaş:
Səs ver:
(səs: 0)
Son illər miqrendən əziyyət çəkən xəstələr üçün daha bir çarə tapılıb. Bu yeni müalicə üsuluna sadə dildə "miqren botoksu" deyilir.

Bir çoxu hesab edir ki, botoks, sadəcə, estetik təbabətdə istifadə edilir. Lakin bu, belə deyil, botoksun çoxumuzun bilmədiyi başqa tərəfləri də var. Məsələn, dözülməz miqren ağrılarından bu üsulla qurtula bilərsiniz. Həkimlərin "botulinoterapiya" adlandırdıqları müalicənin çox effektli olduğu bildirilir.

Qadınla.com bildirir ki, tibb elmləri doktoru, nevroloq Sədaqət Hüseynova saytına botulinoterapiyanın nevrologiyada tətbiqi haqqında danışır: "Miqren xroniki xəstəlikdir və bu xəstəliyin müalicə protokolları var. Bu protokollarda botoksla müalicə də nəzərdə tutulur. Bu üsul yalnız ağrıların qarşısını almaq üçün deyil. Bu, bir müalicə üsuludur və botulotoksin xroniki miqrenin müalicəsində əvəzolunmaz hesab edilir".

Bəs botulotoksin inyeksiyaları necə yerinə yetirilir?
Həkim bildirir ki, bu inyeksiyaları hər həkim yerinə yetirə bilməz: "Bu müalicə xüsusi hazırlıq keçmiş ixtisaslı mütəxəssislər tərəfindən klinik şəraitdə icra olunur. Bütün xəstəliklər üçün preparatın istifadə qaydaları və dozaları işlənib hazırlanıb".

Sədaqət Hüseynova deyir ki, bu müalicənin xüsusi bir fəsadı olmur: "Sadəcə, preparata qarşı yüksək həssaslığın olması, hamiləlik və südvermə dövrü, habelə sinir-əzələ keçiriciliyinin pozulması ilə gedən nevroloji xəstəliklər əks-göstərişlər hesab edilir. Bundan başqa, inyeksiyadan sonra preparatın əsas effekti 2-3 həftə ərzində formalaşır. Lazım gələrsə, korreksiya məqsədi ilə müəyyən doza əlavə edilə bilər. Preparatın təsir müddəti 3-6 ay davam edir".

Dermatoloq, uzman həkim Lalə Cahangirova da "miqren botoksu"nun müalicəvi əhəmiyyəti barədə danışaraq bildirdi ki, bu metod əsasən, əzələ gərginliyini aradan qaldırmaq üçün istifadə olunur: "Əsas məsələ, bu ineksiyaların düzgün nöqtələrə vurulmasıdır. Bunu isə hər kosmetoloq, nevroloq edə bilməz. Bunun üçün xüsusi təhsil almaq lazımdır. "Miqren botoksu" deyilən müalicə üsulunun elə bir fəsadı olmur. Əsas odur ki, bu prosedur professional tərəfindən düzgün icra edilsin".

loading...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 359
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
miqren yoxdu problemim
15 mart 2019 09:16
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
❤Ə❤CANAN❤G❤
Melumat ucun tsk.
Anamda Guclu miqren var.
14 mart 2019 23:19
5
canan qizim sirin seker qizim.
Offline
BARBI
Mende de miqren var.Hedsiz guclu agrilari var.Botoksunu etdirmeyi fikirlesirem
14 mart 2019 19:32
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
H.G
Botoksun miqrenə yaxşı təsir etdiyini ilk dəfədi görürəm 09
14 mart 2019 18:43
3
Offline
gecə
Miqrenim yoxdur. Olsada ona yaxsi gelir deye botoks etdirmerem. Botoksa yaxsi baxmiram. Yaxsi baxmamagimin sebebi bezi mehsurlar etdirir yarasani da yarasmayani da. Yarasmayanlari gorurem,gozumnen dusur. Heleki botoksa ehtiyacim yoxdur. Insallah da olmaz.
14 mart 2019 18:32
2
Offline
Love Angel
Hem botoks etdirmek, hem de miqrenden xilas olmaq, serfelidir. Ancaq, bir nece melumat oxumusdum miqren haqda. Hec bir mualicesi olmadigi qeyd olunmusdu. Ancaq, Sedaqet Huseynovanin dediyine gore mualicesi var. Tesekkurler.
14 mart 2019 18:09
1
Don’t try to be different. Just be good. To be good is different enough. 08

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri