Botoks təsirli təbii bitki yağı

Müəllif: Fialka
Şərhlər: 15
Baxılıb: 1474
Paylaş:
Səs ver:
(səs: 3)
Təbiətə ecazkar gözəllik verən zanbaq bitkisindən hazırlanan zanbaq yağının faydalarını saymaqla bitmir. Zanbaq yağı zanbaq bitkisindən əldə edilir. Zanbaq bitkisi təxminən 1 metr yüksəkliyə  qədər uzanan bitkidir.

Zanbaq yağından ən çox dəriyə qulluqda istifadə edilir. Eyni zamanda sağlamlıq baxımından da çox əhəmiyyətli olan bitkidir.

Zanbaq yağının nə kimi faydaları var?

Zanbaq bitkisinin müxtəlif rəngləri var. Qara, qırmızı, bənövşəyi, ağ və sarı zanbaq növləri vardır.

Zanbaq yağının əsas vəzifəsi dərini gözəlləşdirmək olsa da, diş ağrısı, menstruasiya sancısı və bədənin müxtəlif yerlərində olan ağrı və sancılara yaxşı təsir edir. Zanbaq yağı ağrı olan bölgəyə tətbiq olunanda ağrıların azalmasını təmin edir.Diş ağrısı, irin, iltihab kimi hallarda müalicəvi, ağrıkəsici xassəyə malikdir. Yel ağrılarının müalicəsində də istifadə olunur.Bundan başqa, revmatizm, oynaq ağrılarını da azaldır.

Zanbaq və zanbaq yağının faydaları yalnız bunlarla da məhdudlaşmır. Zanbaq yağından mütəmadi olaraq istifadə edildiyi zaman dəridəki qırışları azaldır və dərini hamarlaşdırır. Qocalma prosesini gecikdirdiyi üçün dermatoloqlar da bu bitkidən tez-tez istifadə etməyi məsləhət görürlər.

Zanbaq qoxusu çox xoş bir qoxu olduğundan ətir istehsalında da istifadə edilir.

Sellülitlə mübarizədə güclü təsirə malikdir.

Kosmetik məhsulların bir çoxunda istifadə edilir. Zanbaq yağı yumurta ağı və bal ilə qarışdırıldıqda dərini dartaraq botoks təsiri yaradır.

Zanbaq yağını əvvəl ovcun içinə tökün və lazım olan bölgəyə masaj edərək çəkin.

Zanbaq yağı necə hazırlanır?

Ərzaqlar:
Zanbaq bitkisi (bir ovuc dolusu)
Zeytun yağı (1 banka)

Zanbaq yağının hazırlanması: Bankaya saf zeytun yağını əlavə edin. Sonra zanbaqları çox nazik doğrayın və zeytun yağı ilə dolu bankın içərisinə əlavə edin. Bankanı 2 həftə ərzində gün düşən bir yerdə saxlayın. 2 həftədən sonra bankanı isti su ilə dolu qazanın içində  saxlayın.

Suda  bir qədər qaldıqdan sonra bankanın soyumasını gözləyin. Soyuduqdan sonra bankanın içərisindəki zanbaq yağını tənziflə süzün. Bu şəkildə evinizdə asanca zanbaq yağı hazırlaya bilərsiniz.

loading...
(səs: 3)
Şərhlər: 15
Baxılıb: 1474
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
botoksa ehiyac oxdu o ki qaldi onun bitki versiyasin olsun

botoksa ehiyac oxdu o ki qaldi onun bitki versiyasin olsun
12 iyun 2015 17:10
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
gunel123
Maraqlidi
10 iyun 2015 17:17
14
Offline
aliceWOnDer
heleki etiyac yoxdu,amma faydali xeberdi
9 iyun 2015 21:47
13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Happy
Faydali melumat uchun chox sagol. Geleceye lazim ola biler
9 iyun 2015 19:29
12
Offline
ALESSANDRA
Zanbaq yağının əsas vəzifəsi dərini gözəlləşdirmək olsa da, diş ağrısı, menstruasiya sancısı və bədənin müxtəlif yerlərində olan ağrı və sancılara yaxşı təsir edir. Zanbaq yağı ağrı olan bölgəyə tətbiq olunanda ağrıların azalmasını təmin edir.Diş ağrısı, irin, iltihab kimi hallarda müalicəvi, ağrıkəsici xassəyə malikdir. Yel ağrılarının müalicəsində də istifadə olunur.Bundan başqa, revmatizm, oynaq ağrılarını da azaldır.

zanbağında yağı varıymış) tşk
9 iyun 2015 17:54
11
Don't trust anyone ∆
Offline
wenikmurik
Maraqlidi cox sagolun
9 iyun 2015 16:20
10
Bugunume wukr!
Offline
Dosta_inam
Zanbaq bitgisinin yaği ve onun faydalari haqda ilk defedir eşidirem,maraqlidir bu qeder xeyirli bir bitgidir,gerek anama deyim kiçalari ağriyir alib istifade etsin,teşekkür melumat üçün.
9 iyun 2015 15:56
9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Catwoman666
zanbaq yagi haqqinda melumatim yox iidi qizlarimizin coxu kimi men de ilk defe bu haqda oxudum oyrendim
9 iyun 2015 15:09
8
Viking
Offline
yasemin
Bu barede ilk defedir eşidirem maraqlı melumatlardır… xəbər üçün tşklər
Bu arada Kız fialkacım mesajlarını sil
9 iyun 2015 14:41
7
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Online
BARBI
Mende bu barede ilk defe esitdim. Maraqli reseptdi
9 iyun 2015 14:31
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
yarpaq33
Bu zanbaq yaginin haziri satilir ?
9 iyun 2015 14:29
5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
aziz a
Bizde benovseyi rengde olanindan var, agida var idi , o qurudu....qirmizi ve qara renglisine rast gelmemisem.Amma bele lazimli okdugundanda xeberim yox idi..tesekkur.
9 iyun 2015 14:11
4
Rebbim kömek olsun cümlemize Amin
Offline
Leylican
zanbaq heqiqeten cox xeyirlimis
9 iyun 2015 13:58
3
SEBR....
Offline
Baharim ol
Zanbagi hardan tapaq.gerek apteklerden sorusum.biz dagliq rayonda yasayiriq deye hamimizda revmatizma var.tesekkur
9 iyun 2015 13:51
2
Ama yenede
Offline
Tomris Müslümova
zanbagin bele tesiri haqqinda ilk defedi esitdim.tesekkurler))
9 iyun 2015 13:47
1

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv