Döşün böyüdülməsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 8 671
Səs ver:
(səs: 3)
Bir çox qadın üçün, özünə güvənli, canlı və enerjili hiss etmək, xarici görünüşlə əlaqədardır. Minlərlə qadın, bu güvəni, döşlərini böyüdərək əldə etmişdir. Tətbiq edilən proseduralardan sonra, bir çox qadın özü və bədəni haqqındakı hisslərində böyük bir dəyişiklik yaşamışlardır.

Qadınların döş böyütməyi seçmələrinin bir çox səbəbi vardır. Bunların bəziləri:
*Bədənlərini daha gözəl vəziyyətə gətirmək üçün döşləri böyütmək
*Əmizdirmə nəticəsində forması pozulan döşlərə forma vermək və böyütmək
*Ölçüsü və forması fərqli olan döşləri simmetrikləşdirmək

Səbəbləriniz tamamilə şəxsidir və döşün böyüdülməsi haqqındakı qərarlarınız, şəxsi ehtiyaclarınıza və istəklərinizə uyğun olaraq, siz və həkiminiz tərəfindən verilməlidir.

Bu gün, özləri üçün döş böyütmənin doğru olduğuna qərar verən qadınlar üçün bir çox variant mövcuddur. Bu broşura, döş böyütmə və əlinizdəki bütün imkanlar haqqında daha çox məlumat sahibi olmağınıza kömək etmək və həkiminizlə aranızdakı dialoqun və müzakirələrin yerinə keçməsi məqsədilə hazırlanmamışdır.
 
DÖŞ ANATOMİYASI
Döş, yağ, glandulyar və fibroz toxumalardan ibarətdir. İçində qan   damarları, süd kanalları, yağlar, vəzilər və hissi sinirlər vardır. Döşün altında qol hərəkətinə kömək edən böyük bir əzələ olan pectoralis major vardır.

İNFUZİYA VƏ YERLƏŞDİRMƏ İMKANLARI

İnfuziyalar
Döş böyütmə normal hallarda üç yayılmış infuziya nahiyələrindən birindən istifadə edilərək həyata keçirilir: döş ucunun ətrafı (periareolar), döş altı qıvrımı (inframammary) və ya qol altı (tranksalsillyar).

*Periareolar: bu infuziya ən az hiss edilənidir. Ancaq, əmizdirmənin əngəllənməsinə səbəb ola bilər.
*Döş altı qıvrım: bu infuziya döş altındakı qıvrımda gizləndiyi üçün çox məşhurdur.
*Tranksaksilyar: bu infuziya daha az gizlidir, lakin döşlərində daha az yara izi olmasını istəyən qadınlar üçün ən yaxşı variant ola bilər. Həkiminiz, bu infuziya növləri haqqında sizə məlumat verəcək və sizin üçün doğru qərar verməyinizə kömək edəcəkdir.

Yerləşdirmə
Döş böyütmə əməliyyatında implantlar ya döş əzələsinin altına (submuskulyar), ya da əzələnin üzərində və süd vəzilərinin altında (sunglandulyar) yerləşdirilir.

Submuskulyar yerləşdirmə
İmplantlarınızın dəri altında hiss edilə bilmə ehtimalını azalda bilər və implantlarınızın ətrafdakı yara toxumasının sərtləşmə ehtimalına qarşı kömək etməsini təmin edə bilər. Eyni zamanda bir mamoqrammada döşlərinizin görünməsini asanlaşdırır. Bu yerləşdirmə imkanının mümkün ola bilən mənfi cəhətləri, daha uzun bir əməliyyat və sağalma müddəti ola bilməsidir.

Subglandulyar yerləşdirmə
Böyütmə əməliyyatınızın daha qısa olmasını təmin edir və sağalma müddətini azaldır. Mümkün mənfi cəhətləri, implant kənarlarının dəri altından daha görünən olması ola bilər. İmplantlarınızın döşün altına yerləşdirildiyi zaman bir mamoqrammada görüntülənməsi bir az çətinləşə bilər.
Həkiminiz sizinlə bu iki yerləşdirmə imkanının sizin şəxsi ehtiyacınızla olan əlaqəsi haqqında danışa bilər, beləliklə hansı variantın sizin üçün doğru olduğuna qərar verə bilərsiniz.

Döş implantı növləri
Son 20 ildir ki, bütün dünyada mentor, ən yüksək keyfiyyətdə döş implantı istehsalçıları arasında lider olaraq tanınır. Zəngin keçmişımız sənayedəki yeniliklər, yenilikci mal dizaynı və yeni yollar açan araşdırmalarla doludur. Digər istehsalçılar gəlib keçərkən, mentor davamlı olaraq qatı keyfiyyət və test standartlarına uyğun və ya daha üstün, texnologiya baxımından ən inkişaf etmiş döş böyütmə materiallarını istehsal etmişdir.

İki əsas döş implantı növü vardır: içi gel ilə dolu olan döş implantları və içi salin ilə dolu olan döş implantları.

İçi gel ilə dolu olan döş implantları

Mentorun bütün gel implantlarında, yapışqan, təhlükəsiz və estetik olaraq xoş görünən gellərdən istifadə edilir. Üç yapışqanlıq dərəcəsində dolğu materialı təqdim edirik:
*Yapışqan1, ən yumşaq hiss edilən gel
*Yapışqan2, bir az daha bərk gel
*Yapışqan3, mentorun ən bərk geli

Contour profile jel, təbii formasını qoruması üçün ən yapışqan gel ilə doldurulmuşdur.

İçu salin ilə dolu döş implantları
İçi salin ilə dolu döş implantları, əməliyyat zamanı insan bədəninin çox hissəsini əmələ gətirən mayeyə bənzər olan bir duzlu su məhlulu ilə doldurulur. Bir çox qadın üçün, implant seçimi ilə əlaqədar olan ən çətin şey, hansı ölçüdə döş istədiklərinə qərar verməkdir. Mentor’S round and contour profile spectrum implants, çıxarıla bilən bir tüpü tək içi salin dolu döş implantlarıdır, həkiminiz proseduradan 6 ay sonrasına qədər bu dolum tüpü vasitəsilə salin əlavə edərək və ya çıxararaq implantlarınızın boyunu təyin edə bilərsiniz.

İmplant formaları
Əldə etmək istədiyiniz döş forması ilə əlaqədar olaraq, həkiminiz və siz yumru və ya konturlu bir implant seçə bilərsiniz. Konturlu implantların damlaya bənzər forması vardır və xəstələrə daha təbii görünüşlü döşlər təmin edə bilər. Mentor döş implantlarının müxtəlif çıxış dərəcələri vardır. Orta, orta plus və yüksək. Yüksək profilli implantlar, böyük bir çıxıntı istəyən və döş divarı dar olan qadınlar üçün mükəmməl bir seçimdir.

İmplant səthləri
Döş implantlarının səthləri düz ya da qeyri-düz ola bilər. Düz səthli implanların bir az daha yumşaq bir qabığı vardır və dərindən hiss edilmə ehtimalları daha azdır. Mentorun qeyri-düz səthli implantları siltex olaraq adlandırılır.

Hamıya uyğun imkanlar
Burada, mentorun bütün döş implantlarının şəkillərini və adlarını görə bilərsiniz. Həkiminiz müxtəlif özəlliklərini və faydalarını açıqlaya bilər və sizin üçün hansı növ implantın uyğun olduğunu sizinlə müzakirə edə bilər.

Əməliyyatınız
Döş böyütmə əməliyyatları, əsasən bir xəstəxana otağı və ya əməliyyat mərkəzində həyata keçirilir. Normal hallarda əməliyyatınızın aparıldığı gün evə gedə bilərsiniz. Tipik olaraq ümumi anesteziyadan istifadə edilir, beləliklə prosedura zamanı yuxuda olursunuz.
Əməliyyat, əsasən 1-2 saat davam edir. Həkiminiz bir infuziya tətbiq edəcək və döş implantlarının içinə yerləşdirə biləcəyi bir cib yaradır. İmplant uyğun pozisiyaya yerləşdirildiyi zaman infuziya tikilərək bağlanılır.

Ən yaxşı nəticələri əldə etmək və ola bildiyi qədər tez sağalmaq üçün cərrahınızın sizə şəxsi ehtiyaclarınıza ən uyğun cərrahi metodlar haqqında məlumat verəcəkdir.

Sağalma
Hər qadının sağalma müddəti fərqlidir. Əsasən döş böyütmə əməliyyatından sonra bir neçə gün bir az ağrı olacaqdır. əməliyyatdan sonrakı 24-72 saat, özünüzü ən narahat hiss edəcəyiniz dövr olacaqdır. Döşləriniz şişmiş və çox həssas olacaqdır, hər qadının sağalma dövrü fərqli olsa da, təxminən bir həftə sonra yüngül fəaliyyətlərə qayıda biləcəksiniz.

Sağalmanızın əhəmiyyətli bir bölümündə, bir əməliyyatdan sonra lifçiki və ya xüsusi sıxışdırıcı geyim geyinmək yer alır. Sağalarkən sizə xüsusi məsləhətlər verilə bilər. Əgər döş implantı əməliyyatınızdan sonra hər hansı bir problem çıxarsa, dərhal həkiminiz ilə əllaqə qurun.

Mentor ömür boyu dəyişdirmə politikası
Döş böyütmə əməliyyatınız üçün mentor döş implantlarından istifadə edilməsi qərarı tamamilə şəxsi və uzun müddətli bir qərardır. döş implantlarını həyatınız boyunca istifadə edə bilməyəcəyiniz üçün, mentor, ömür boyu dəyişdirmə politikasının arxasında sağlam duraraq qərarınızı dəstəkləyir.

İmplantların təhlükəsizliyi ilə əlaqədar olan daha ətraflı məlumat üçün baxın: içi gel ilə dolu olan döş implantı əməliyyatı; düşünərək qərar vermək üçün xəstə broşurası və içi salin ilə dolu olan döş implantı əməliyyatı; düşünərək qərar vermək üçün broşura.
Əməliyyat qiymətləri daxil deyildir. Ətraflı məlumat üçün cərrahınızla danışın.

Plastik cərrahınızdan soruşacağınız suallar
*Cərrah neçə ildir ki, döş implantı əməliyyatlarını həyata keçirir?
*Cərrah ildə neçə döş böyütmə implantasiya əməliyyatı həyata keçirir?
*Döş implantı əməliyyatı ilə əlaqədar olan risklər və ağırlaşmalar hansılardır?
*Döş böyütmə prosedurası üçün hansı seçmə imkanlarım var?
*Mənim üçün hansı forma, ölçü, səth toxuması, infuziya və yerləşdirmə nahiyəsi məsləhət görülür?
* Əmizdirmə qabiliyyətimə necə təsir edəcək?
*Zaman keçdikcə implant döşlərimin necə görünməsini gözləyə bilərəm?
*Baxa biləcəyim əvvəl və sonra şəkillərim varmı?
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 8 671
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri