Göz qapağı estetikası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 810
Səs ver:
(səs: 2)
Üzdə qocalmanın ilk və ən qabarıq olaraq fərq edildiyi bölgə göz dairəsidir. Bura həm çox incə quruluşda, həm də ən intensiv mimikalara malik regiondur. Göz qapaqları çox həssas olduqlarından göz ətrafının ən çox yaşlanma əlaməti göstərən yeridir və yaş irəlilədikcə göz qapağı sallanmalarının görülməsi labüddür.

İlk qırışlarda ən təsirli üsullar botoks və plomb
Estetikplastik Rekonstruktiv Cərrahiyyə mütəxəssisi Op. Doktor Hüseyn Güner, estetik texnologiyalarının təchizatlı mütəxəssislər tərəfindən həyata keçirilməsi lazım olduğunu bildirib və bunları əlavə etdi: "İyirmi yaşların sonlarında göz ətrafında qaz ayağı dediyimiz nazik qırışlar üçün botoks istifadəsi olduqca məşhurdur və qırışıqların yerləşməsini qarşısını alaraq qocalmağı gecikdirir. Otuzuncu yaşlarla birlikdə göz qapaqlarının dərhal altında, yanaq üst sərhədində tünd kölgəylə aydınlaşmış oyuqlar ortaya çıxır. Bunun səbəbi yanaqların zəifləyib aşağı doğru sallanmasıdır. Bu qüsurlar hyalüronik turşu və insanın özündən alınan (otolog) yağ toxuması kimi plomb materialları doldurula bilər".

Yaş dövrünə görə düzgün həll edilməli
Hər yaş dövrünə aid problemlərin fərqli həll tələb etdiyini qeyd edən Op. Doktor Güner belə davam etdi: "Xüsusən otuzuncu yaşların ortasından sonra tədbir görməsə yaşlanma təsirləri daha tez gözə çarpmağa başlayır, bu dövrdə üzün orta hissəsi adətən aşağıya doğru yer dəyişir. Aşağıya doğru alınla birlikdə qaşlar da üst göz qapaqlarının üzərinə sallanmağa başlayır. Sallanan alın və qaşların ağırlığını qaldırmayan göz qapaqları da zamanla aşağı doğru dəyişər. Qırx yaşın başında artıq botoks və plomb vasitələrinin yetərli olmayacağı bu hallarda fərqli və bəzən kombine çözüm həll edilməlidir. Gicgah gərmə (temporal lifting) ilə gözlərin üstünə yığılmış qaşlar doğru mövqelərinə geri gətirilər və bölgədə ki sallanma aradan qaldırılaraq qaz ayaqları yox edilə bilər. Hər iki göz qapağı üçün də bu düzəlişlər edildikdən sonra bleferoplasti (göz qapağı əməliyyatı) ilə yalnız qalan əzələ və dəri tullantılarını aradan qaldırmaq yetərli olacaqdır".

İrəli yaşlarda üz bütün olaraq ələ alınmalıdır
Göz qapağı estetika əməliyyatlarında göz qapağı dərisi, dəri altındakı nazik əzələ təbəqəsi və göz torbalarını dolduran yağlar alınır. Ancaq yalnız tək bir üsul istənilən cavanlaşmağa təmin etməkdə yetərli olmayacaqdır. Məsələn, əllinci yaşlarda artıq üzdəki bütün strukturlarda sallanma meydana gəlmiş olduğundan, bu nöqtədə artıq bleferoplasti ilə üz və boyun gərmə əməliyyatlarının bir arada həyata keçirilməsi uyğundur. Ancaq bu yaşlarda olub bışaqsız şəkildə cavanlaşma təsiri görmək istəyən adamlar qan dövranını tənzimləyici bir üsul olan PRP (platelet rich plasma), kök hüceyrə inyeksiyaları ilə birlikdə aparılan lazer tətbiq etməsi nəticəsində göz ətrafında illər əvvəlki canlılı və təravətə yenidən qovuşurlar.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri