Gözaltı qaralmalarına qarşı ən sadə çarə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 006
Səs ver:
(səs: 0)
Yorğunluq, yuxusuzluq, stress, qidalanma şəkli, spirt və siqaret istifadəsi, keyfiyyətsiz makiyaj məhsulları istifadəsi cəmiyyətdəki faktlardandır. Sizə tövsiyə etdiklərimiz dərinizə çarə olacaqdır. Amma əvvəlcə bir həkimə gedib, göz altı göylüklərininz səbəbinin genetik olub-olmadığını öyrənin. Əgər elə deyilsə, bu üsullarla göz altındakı göylüklərdən xilas ola bilərsiniz.

Xiyar
Əlbətdə göz deyində ağla ilk gələn xiyar və bir çox istifadə şəklidir. Xiyarı dilimləyib gözlərinizə, qabıqlarını da göz altına və hətta üzünüzdə saxlaya bilər, ya da xiyarı sürtgəcdən keçirib suyunu pambıqla göz altına çəkə bilərsiniz. Bunu hər gün edə bilərsiniz.

Pendir
Bir parça ağ pendiri krem vəziyyətinə gələnə kimi əzin və göz altına çəkin. Uzanaraq 10 dəqiqə gözləyin və sonra özünüzü ilıq su ilə yuyun. Bunu 2-3 gün ara ilə istifadə edin.

Pomidor
Pomidoru sıxın və suyuna 1-2 damcı limon atın. Qarışımı pambıq köməyi ilə göz altına çəkin. 10 dəqiqə saxlayın və ilıq su ilə yuyun. Bunuda 2-3 gün ara ilə edin.

Kartof
Kartofu dilimləyərək gözlərinizdə saxlayın və ya karofun suyuna da pambıq batıraraq göz altına çəkin. Bunu da 2-3 gün ara ilə edin.

Əncir
Yaz gəlir, meyvələrdən də faydalanmaq lazımdır. Bir təzə ənciri iki hissəyə bölün və qatılaşdıraraq göz altınızda 10 dəqiqə saxlayın. Üzünüzü ilıq su ilə yuyun və nəmləndiricidən istifadə edin. Bunu da 2-3 gün ara ilə edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri