Bəzi insanlar gənc görünmək üçün çox pul xərcləyir. Halbuki evdə olan vasitələrdən istifadə edərək təbii yollarla gənc və gözəl görünmək olar.
Bunun üçün aşağıdakılar etmək məsləhətdir:
Əvəzsiz pilinq
Vəsaitlər
1 yemək qaşığı şəkər
1 çay qaşığı ekstra zeytun yağı
Hazırlanması
Şəkərlə zeytun yağını qarışdırın. Üzünüzə çəkin və bir neçə dəqiqə masaj edin. İlıq su ilə yuyun. Şəkər üzünüzü yumşaldacaq, zeytun yağı isə nəmləndirəcək.
Dəri sıxlaşdırıcı tonik
Vəsaitlər
1 stəkan gül suyu
1 çay qaşığı limon suyu
1 çay qaşığı hamamelis
5 damla badam yağı
Hazırlanması
Bütün bunları qarışdırıb dərini silin.
Dolğunlaşdırıcı və nəmləndirici üz maskası
Vəsaitlər
2 yemək qaşığı nəmləndirici maska
1 yumurta ağı
2 çimdik zəncəfil
1 çay qaşığı bal
Hazırlanması
Ərzaqları eyni anda yaxşıca qarışdırın. Qarışığı astca üzünüzə çəkin və qurumasını gözləyin. Badam yağı yeni hüceyrələrin yaranmasına səbəb olur.