Qreys Kellidən qadınlara 10 dəyərli məsləhət

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 074
Səs ver:
(səs: 2)
Tarix boyu bir çox ulduz yalnız cazibәdarlığı vә gözәlliyi ilә deyil, hәm dә zövqlü geyimlәri ilә yadda qalıb və hәr biri stil ikonası adlandırılıb. Onlardan bәzilәri çoxdan dünyasını dəyişsə də, bir çoxu hәlә dә dizaynerlərin ilham mənbəyi olaraq qalır.
 
Hollivudun әn gözәl aktrisalarından biri olan Monako şahzadәsi Qreys hәmişə zәrif görünmәyi bacaran xanımlardan olub.
 
Monako knyazı III Renyenin xanımı və Alfred Xiçkokun muzası olan Qreys Kellinin səsləndirdiyi ən parlaq fikirləri təqdim edirik.
 
*Saç düzümü və məğrur görkəm yalnız şahzadə üçün deyil, hər bir qadın üçün vacibdir. Əgər bu, sizə çətin və yorucu gəlirsə, onda səfeh qadın yolunu seçmək həmişə mümkündür.
 
*Zərif və həssas görünməyə utanmayın. Kövrək qadınları qorumaq kişilərin təbiətindədir, axı güclü insan özü-özünü müdafiə edə bilər. Kişilərdən yardım istəməyə və bir qədər zəif görünməyə qorxmayın.
 
*Mən ağacların arasında, meşə cığırları ilə və sahil boyu gəzməyi sevirəm. Tək qalmaq və özümü təbiətin bir hissəsi hiss etmək xoşuma gəlir. Tənhalıq hər bir insana lazımdır. Bu zaman enerji yığırsan. İnsanın özü ilə tək qalması bir növ terapiyadır.
 
*Mirvari - qiymətli daşların kraliçası və kraliçaların ən qiymətli daşıdır.
 
*Mən feministəm və düşünürəm ki, qadınlar etmək istədikləri hər şeyi etməyə qadirdir.
 
*Uşaqlarla böyük insanlar kimi rəftar edin, axı onların da öz hüquqları var. Uşaqların hisslərinə və meyllərinə hörmət edin.
 
*Atamın həyata baxışı  çox bəsit idi: siz elə-belə heç nə əldə etmirsiniz. Hər şey əzmkarlıq, namus və zəhmətlə qazanılmalıdır.
 
*Qəzəb və hiddət heç bir problemi həll edə bilməz.
 
*Adam özünü necəsə təqdim etməlidir, yoxsa həyatınız jurnal maketindən fərqlənməyəcək.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 074
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri