Dərinizi cavanlaşdırmaq üçün 5 təbii müalicə üsulu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 010
Səs ver:
(səs: 1)
Üzünüzdə yaranan problemlərə qarşı təbii maskalar çox yaxşı effekt verir. Mütəxəssislər portağal, qatıq və heyva tumu kimi məhsullardan hazırlanan təbii müalicələrin ləkələri yox etdiyini və gözəlləşdirdiyini deyir. Hazır qidalar və soyuq havalar nəticəsində üz dərinizdə bəzi problemlər yaranır. Mütəxəssislər evdə hazırlanan maskalar ilə ləkə və sızanaqları aparmaq və qurumuş dərini canlandırmağın mümkün olduğunu deyirlər.

Qatıq ilə müalicə
Qatığın tərkibində olan süd turşusu ağardıcı təsirə malikdir. Qatıq eyni zamanda sızanaqların səbəb olduğu qızarıqlıqların da getməsinə kömək olur. 2 xörək qaşığı qatığa 4-5 damcı limon suyu və bir çay qaşığı toz halında yulaf qataraq yaxşıca qarışdırın və üzünüzə çəkib 15 dəqiqə saxlayın. Bu maskanı ləkələr, sızanaqlar yaxşılaşana qədər hər gün çəkə bilərsiniz.

Heyva tumu ilə müalicə
2 xörək qaşığı heyva tumunu qaynadıb, süzün və həmin su ilə səhər və axşam üzünüzü yuyun.

Portağal ilə müalicə
C vitamini elastin və kollagen maddələri artıraraq sızanaq sonrası ləkə və yaraların olmasının qarşısını alır. Maskanın ağardıcı təsirinin yüksək olmasını istəyirsinizsə, yarım stəkan portağal suyuna 1 çay qaşığı sarıkök əlavə edərək qarışdırın. 20 dəqiqə üzünüzdə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maskanı həftədə 2 dəfə edə bilərsiniz.

Limon ilə müalicə
C vitamin ilə zəngin olan limon turşusu ləkələrin aparılmasına kömək olur. Limonu pambığa batırandan sonra ləkə olan yerlərə sürtün. Təmiz quruyandan sonra üzünüzü durulayın.

Soda ilə müalicə
1 çay qaşığı soda ilə 2 çay qaşığı suyu qarışdırın. Üzünüzə çəkdikdən 5 dəqiqə sonra durulaya bilərsiniz. Ancaq bunu sızanaqlar olan hissəyə çəkməyin.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 010
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri