Bu səhvlər xanımları eybəcərləşdirir

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 6 173
Səs ver:
(səs: 0)
Ani çəki itkisi
Bu yanlışlar göğüslerinizi sarkmasına neden oluyor!

Qeyri-sağlam pəhrizlər bir müddət sonra həm sürətlə kökəlməyə səbəb olur, həm də döşlərin sallanması ilə nəticələnir. Bu zaman həssas sinə dərisi təbii həcmini itirdiyi kimi elastikliyini də itirir.

Siqaret çəkmək
Siqaret çəkmək yalnız ciyərlərə deyil, sinələrə də zərər verir. Siqaret qan dövranını zəiflətdiyi üçün bu, dəriyə də mənfi istiqamətdə təsir edir. Beləliklə, dəridə qocalma və sallanma meydana gəlir.

Səhv büstqalter seçimi
Səhv büstqalter seçimi nəticəsində də sallanmalar yarana bilər. Sinənin ölçüsünə uyğun olmayan, o cümlədən dəstəksiz büstqalter də sallanmalara səbəb olur.

Günəş şüası
Günəşin mənfi şüaları əleyhinə qoruyucu krem istifadə etməmək və intensiv günəşə məruz qalmaq dərinin qocalmasına və qırışmasının səbəb olur. Bu amil sinələrə də aiddir. Günəş şüalarına məruz qalan dərinin zərər görməsi və kollagendə yaranan dəyişikliklər döşlərə mənfi istiqamətdə təsir edir. Dekolte geyinib geyimədiynizdən asılı olmayaraq, sinələrə SPF tərkibli günəşdən qoruyucu kremlər çəkin.

Səhv idman növü
Bəzi mütəxəssislər qaçışın və ya iplə tullanmanın döşdəki kollagenə zərər verdiyini irəli sürür. Ağır idman növlərinin də sinələrə zərər verdiyi iddia olunur. Bu o demək deyil ki, idman etmək olmaz, sadəcə məşqlər üçün xüsusi hazırlanan büstqalter seçmək lazımdır.

Yetərsiz su
Suyun dəri üçün çox faydalı olduğunu bilirik. Kifayət qədər su içmədikdə dəri həcmini və elastikliyini itirir, dolayısı ilə qocalmasına yol açaraq sinənin sallanmasına səbəb olur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 6 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri