Qızlarımıza Cavanlaşdırıcı maskalar

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 43373
Paylaş:
Səs ver:
(səs: 5)

http://krasotasekrety.ru/wp-content/uploads/2012/02/101.jpg

 

Vitaminli cavanlaşdırıcı maska

Xiyarı xırda gözlü rəndədən keçirin və bir xörək qaşığı xiyar püresinə bir xörək qaşığı yaxşı yetişmiş və əzilmiş qarağat əlavə edin. Qarışdırın və üzərinə bir xörək qaşığı xama əlavə edin. Üzünüzə çəkin 15-20 dəqiqə saxladıqdan sonra isti suda isladılmlş pambıqla silin, sonra isə sərin su ilə üzünüzü yuyun.


Aloy gülü və bal ilə cavanlaşdırıcı maskalar

Aloy gülünün yarpağını xırda doğrayın və ya rəndədən keçirdin. Tənzifin arasına qoyun və yaxşıca sıxın Sonra isə bir çay qaşığı aloy şirəsi, bir çay qaşığı bal və bir çay qaşığı xama göturüb birlikdə qarışdırın. Bu maska nəinki cavanlaşdırır, həm də sızanaqları aradan qaldırır. Ona görə də problemli üz dərisi olan adamlara məsləhətdir ki, maskanı 20 dəqiqə saxlayıb ilıq su ilə yusunlar.

***
Aloy gülünün şirəsini üz kremi ilə qatın və eyn miqdarda zeytun yağı əlavə edin. Belə maska üzə 5 dəqiqəlik çəkilir. Sonra isə isti su ilə yaxşıca yuyulur.

***
Çobanyastiğını qaynadın və süzün. Suyuna aloy şirəsi (1:1) əlavə edin və soyuducunun buz qablarında dondurun. Alınan buzlarla hər səhər üzününü silin.

***
Aloy gülünü meyvə ilə də qarışdırdıqda çox gözəl maska alınır: Əriyi yaxşıca əzin sonra isə aloy yarpağını əzərək əriklə qarışdırın. Alınan məhlulun turşluğunu tənzimləmək üçün içinə mütləq bir az birtki yağı əlavə edin (zeytun yağı olsa daha yaxşı olar). Bu maska üzə bir saatlıq çəkilir sonda isə ilıq su ilə yuyulur. Bu maskadan sonra üz dərisi hamar, cavan sağlam və təravətli görünür...


Quru dəri üçün cavanlaşdırıcı maskalar

Bir çay balıq yağını bir çay qaşığı bal və bir xörək qaşığı su ilə yaxşıca qarışdırın. Üzünüzü ovaraq maskanı sürtünş 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

***

Bir çay qaşığı balı bir xörək qaşığı xama ilə (yağlı dəri üçün qatıqdan istifadə etmək məsləhətdir) yaxşıca qarışdırın. 15-20 dəqiqəlik üzünüzə sürtün və vaxtın tamamında ilıq su ilə yuyun.

***

Qurudulmuş limon qabığını kofe üyüdən maşında un şəklinə düşənə qədər üyüdün. Limon qabığından alınmış undan bir xörək qaşığı götürüb üzərinə bir yumurta saırısı bir çay qaşığı zeytun yağı əlavə edin. Üzünüzə 15 dəqiqəlik çəkin və vaxt bitdikdən sonra su ilə yuyun.

Yağlı dəri üçün cavanlaşdırıcı maskalar

Balıq kürüsündən də (qara və qırmızı kürü) çox gözəl cavanlaşdırıcı maskalar alınır: bir çay qaşığı kürünü bir yumurta sarısı ilə qarışdırınŞ Məhlulun qatı olması üçün ağ çörək və ya un qata bilərsiniz. 15-20 dəqiqəlik üzünüzə çəkin və ilıq su ilə yuyun.

***

Yenicə qaynadılmış kartofu əzib pürə şəklinə gətirin. bir xörək qaşığı püreni bir xörək qaşığı xamavə 2 çay qaşığı limon şirəsi ilə qarışdırın. Üzünüzə mümkün qədər isti halda qalın layla çəkin. 15-20 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.

***
Cəfəri və gicitkan yarpağını eləcə də qızılgül ləçəklərini xırda doğrayın və əzin. Alınmış bitki məhlulunu bir xörək qaşığı zeytun yağı, bir çay qaşığı əridilmiş arı şanı ilə qatın. Maska üzə isti halda çəkilir. Üzünüzdə 15 dəqiqə saxladıqdan sonra isti suyla yuyun.


Redakte etdi: PRETTY GİRL


loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 43373
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook