Gözəlliyiniz üçün qatıq maskaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 173
Səs ver:
(səs: 1)
Dərinizə nizamlı olaraq çəkdiyiniz qatıq maskaları dərinizi təzələr, yaşlanmasını gecikdirər. Daha ilk istifadənizdə fərqi hiss edəcəksiniz. Sizlər üçün bir neçə qatıq maskalarını təqdim edirik.

Gözün altındakı qaralıqdan xilas olmaq üçün:

Yatmazdan əvvəl sadə qatığı göz altınıza incə bir masaj edərək çəkin. 15 dəqiqə saxlayın. Sonra da ilıq su ilə yuyun. Qatıq, ağardıcı təsiri sayəsində 2 həftə içərisində gözlə görünən nəticə verəcəkdir. Dərinizin rəngini açmaq istəsəniz bütün üzünüzə çəkə bilərsiniz.

Qara nöqtələr və ləkələr üçün:

Qatıq və limonun turşuları birləşəndə, xüsusilə, çox yaxşı rahatlatma yaradır və dərinin nəm tarazlığını qoruyur. Bunun üçün 2 xörək qaşığı limon suyunu 1 xörək qaşığı qatıq ilə qarışdırıb bir masqa olaraq istifadə edə bilərsiniz. Əsasəndə dərinizin qara nöqtə və ləkələr olan hissələrinə çəkin. Təxminən 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Hamar və yumşaq dəriyə sahib olmaq üçün:

1 xörək qaşığı qatığa 1çay qaşığı çobanyastığı yağı əlavə edin və dərinizə dairəvi hərəkətlərlə masaj edin. 15 dəqiqə sonra ilıq su ilə yuyun.

Bu maskaları həftədə 2 dəfə olmaqla istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri