Gündəlik makiyaj üçün 8 lifehack

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 3 115
Səs ver:
(səs: 0)
Üz
1-Solğun dəri rəngindən can qurtarmaq istəyirsiz amma tonal krem və kirşan çəkməyə vaxt yoxdur.İkisi birində-kompakt kosmetik vasitədən istifadə edin.Bu vasitə eyni vaxtda həm dəri rəngini yaxşılaşdıracaq ,həm də üzdəki parıltını yox edəcək.

2-Ənliklə olduğu kimi,dodaq boyası ilə də yanaqları “qızartmaq” olar.Dodaq boyası ilə yanaqlara bir-iki xətt çəkin sonra onu yaymağa başlayın.Bu üsul tez bir zamanda yanaqlarınızı təravətləndirəcək.

3-Gözəl qaşlar hər bir xanımın arzusudur.Bunun üçün əksəriyyət xanımlar qaşlar üçün olan balzamdan istifadə edir.Amma heç də hər bir xanım bu balzama sahib deyil.Bu balzamı dodaq üçün olan balzamla əvəz edə bilərsiz.Həmçinin saç üçün olan lakı təmiz tuş fırçasına səpin və qaşlarınıza çəkin.

Göz
1-Tez və effektiv pişik baxışı yaratmaq istəyirsizsə kirpiklərinizi buraraq göz kənarlarına tərəf qaldırın.

2-Kirpiklərin uzun və həcmli görsənməyi üçün yəqin ki tuşu bir neçə qat çəkirsiz.Başqa bir üsul da var.Kirpikləri tuşla boyadıqdan sonra bir qat kirşan da vur.Daha sonra tuş çəkməyə davam.

3-Kirpikləri şipçi ilə burursuz amma bu çox vaxt aparır.Feni kirpiklərə tut ,isti vasitə onların daha tez burulmasına kömək edəcək.

Dodaqlar
1-Dodaq boyası çəkməzdən öncə dodaqlarınızı yumşaq və hamar edin.Bunun üçün dişlərinizi fırçalayan zaman fırçanı yüngül massajla dodaqlarınızda da gəzdirin.

2-Dodaq boyası mat istəyirsiz lakin sevdiyiniz rəng parıltılı tərkibə sahibdir?Parıltılı dodaq boyasını dodağınıza çəkin sonra kirşanı dodaqlarınızda gəzdirin.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri