Yeni makiyaj trendi: qaşıq fırçalar

Müəllif: Fialka
Şərhlər: 10
Baxılıb: 2 776
Səs ver:
(səs: 4)
Gözəllik sektoru ildən-ilə böyüyür, bu sahədə fəaliyyət göstərən şirkətlərin gəlirləri isə sürətlə artır. Odur ki, tez-tez yeni makiyaj trendləri yaradılır. Ötən il tonal kremləri fırçadan daha yaxşı tətbiq etdiyi deyilən makiyaj süngərləri dəbdə idi. Bu il isə makiyajda əsas trend qaşıq fırçalar olacaq.
 
Artıq bir çox məşhur bloqqerin sevimlisinə çevrilən bu fırçalar normal fırçadan daha yaxşı və tez yayır. İlk baxışda mətbəx alətinə bənzəyən həmin fırçalar xüsusilə də, makiyaj etməyə yeni başlayanlara tövsiyə edilir. Çünki fırçanı necə tutmalı olduğunuzu bilməsəniz belə, makiyajın mükəmməl alınacağı iddia edilir.
 
Qaşıq fırçalar xüsusi materialdan hazırlanır. Heyvan tükündən istifadə edilmədiyi üçün allergiya və ya astmadan əziyyət çəkənlər də istifadə edə bilərlər.
 
Qeyd edək ki, qaşıq fırçaların qiyməti olduqca bahadır. Belə ki, tək fırçaların qiyməti 40, dəst halında satılanların isə qiyməti 450 dollardan başlayır.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 2 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri