Mükəmməl makiyaj etmək istəyirsiz? Onda bu xəbəri oxuyun!

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 2 781
Səs ver:
(səs: 0)
Hətta ən istedadlı, bacarıqlı rəssam belə kobud, formasız fırça ilə gözəl rəsm əsəri yarada bilməz. Əgər belə demək mümkünsə, səliqəli, diqqətlə və peşəkacasına seçilmiş fırça bir rəssamın məşhur olmasında, rəsmlərinin əsrarəngizliyində əvəzsiz rol oynayır. Fırça rəssamın fikirlərinin ifadəçisi, birbaşa ötürücüsüdür. Qadınları da rəssam, onların gündəlik vəya hansısa bir gecə, tədbir üçün etdikləri makiyajı isə "əsl sənət əsəri” hesab etmək olar. Axı üz cizgilərini bəzən vurğulamaq, bəzən isə gizlətmək böyük məharət tələb edir. Bunda isə biz qadınlara fırçalar kömək edir. İncə qadın əlində müxtəlif funksiyaları yerinə yetirən peşəkar fırçalar məftunedici görüntü yaradır. Hər şeyə həssaslıqla yanaşan xanımlar fırça seçimində də az vaxt sərf etmir. Beləki, fırçanın əldə rahat istifadəsi, tükçüklü hissəsinin təbii olması, əsasən hansı funksiyanı yerinə yetirməsi bizim üçün çox önəmlidir. Hələ nəzərə alsaq ki, fırçalar da bizdən xüsusi qulluq tələb edir, onların müəyyən vaxtdan sonra təmizlənməyə, yuyulmağa və qorunmağa ehtiyacı var.

Vizajistlərin alətləri bir neçə yarımsinifə bölünür
– gözlər, dodaqlar, üz üçün və hər sırada mükəmməl makiyaj yaratmağa kömək edən əsas fırçalar var. Bu dəfə sizlərə fırçaların düzgün seçilməsi və onlara qulluq, eləcədə üz üçün fırçalar haqqında söhbət açacağıq.
Makiyaj üçün fırçanı necə seçməli? Bunun üçün peşəkar vizajist olmağa ehtiyac yoxdur, bir az diqqət kifayətdir. Fırçaları kosmetik brendlərdən əldə edin: istehsalçılar brendin nüfuzunu saxlamağa çalışır, hipoallergik materialları sınayır, məhsulun keyfiyyətini izləyirlər

– yapışma, bərkitmə, alətin elastikliyi. Fırçalar təbii materiallardan hazırlanır (samur, poni tükü) və sintetik xov (akril, plastik kütlə). Təbii məhsul quru vasitələrdən istifadə üçün yaxşıdır

– ənliklər, kölgələr. Onlar xova keçmir və asan yuyulurlar. Sintetika maye kosmetika üçün yarayır

– tonal kremi, flüid. Bu material özünə daha az məhsul çəkir (dəriyə daha çox verərək), buna görə süni fırçalar üz relyefinə düzəlişlər etmək üçün təbilərdən daha yaxşıdır. Vizajistlərin sözlərinə görə kosmetikanı üzün istənilən sahəsinə çəkə bimək üçün fırçanı həmçinin ölçüsünə görə seçmək çox vacibdir. Fırçanın tükü kobud və sərt olmamalı və elastikliyin müəyyən səviyyəsinə malik olmalıdır. Bu aləti kosmetika kimi başlanğıc üçün testdən keçirmək lazımdır. Fırçanın manevr bacarığını yoxlamaq üçün onu əlin üst hissəsində müxtəlif tərəflərdən hərəkət etdirmək lazımdır. Üz üçün fırçalardan əsasın, tonun, konsilerin, ənliyin, kirşanın tətbiqində istifadə edirlər. Kirşan üçün fırçaların xarici görünüşü yumşaq, dairəvi, böyük olur. Daha çox toz şəkilli kirşan üçün istifadə olunur. Bu fırçanın vasitəsilə kirşanı götürmək və onu üzə bərabər yaymaq daha asan olur. Yelpik formalı fırçaların xarici görünüşü nazik, yelpiyəbənzər formalı və incə əsaslıdır. O üzdəki artıq göz kölgəsi, ənlik və kirşanı təmizləyir.
Qısa tüklü fırçalar isə bazanı və maye halında olan tonal kremi və ənliyi tətbiq etmək üçün yarayır. Onların vasitəsilə məsamələri, yüngül qızartını çox yaxşı maskalamaq, relyefi bərabərləşdirmək mümkündür. Bu fırçalar vasitələri bərabər yayır və onlara qənaət edir.
Az kəsilmiş, yastı tiftikli fırça quru korrektorları qarışdırmağa, eləcə də üzovalının korreksiyası üçün uyğundur. Bu fırçanın köməyi ilə bronzlaşdırıcını, almacıq sümükləri, alındakı saç sırasına, burunun ucuna ştrixləşdirici ənliyi çəkmək üçün yarayır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 781
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri