Daha gözəl makiyaj üçün 11 tövsiyə

Şərhlər: 6
Baxılıb: 2 376
Səs ver:
(səs: 2)
Elə qadınlar var ki, onlar makiyaj etmədən heç mağazaya çörək almağa da getmirlər. Elələri də var ki, makiyaja boş vaxt itkisi kimi baxır. Lakin istənilən halda, elə məqamlar olur ki, biz bəzənməli, daha yaxşı görünməli oluruq. Bu vəziyyətlərdə sizin köməyinizə çataq 11 tövsiyəni təqdim edirik. Çalışın yadda saxlayasınız.
1. Gözünüzün altındakı qaraltı və ya torbaları gizlətmək üçün istifadə etdiyiniz konsileri düzgün formada çəkin. Əks halda, gözünüzün alt hissəsində gözəçarpan dolğunluq yaranar. Bu da üzünüzün daha solğun və yorğun görünməsinə səbəb olar.

2. Kirpiklərinizi yuxarı qaldırmaq üçün istifadə etdiyiniz vasitənin dəmirinə göz karandaşı çəkərək, kirpikləriniz arasındakı məsafələri gizlədə və kirpiklərinizin daha dolğun görünməsinə nail ola bilərsiniz.

3. Əgər makiyaj etmək üçün vaxtınız yoxdursa, sadəcə qaşlarınızı dolğunlaşdıraraq da obrazınızı tamamilə dəyişə bilərsiniz.

4. 15 saniyə alışqana tutulduqda, hətta ən köhnə və ucuz karandaş da superdolğun olacaq.

5. "Pişik baxışı” effektini daha kəskin etmək üçün, kredit kartları və ya bu formada digər kartlardan istifadə edə bilərsiniz.

6. Pambıqlı çubuqlar və tonal krem yayılmış göz makiyajını xilas edə bilər.

7. Gözaltı torbalardan xilas olmaq istəyirsizsi, kreminizi soyuducuda saxlayın.

8. Yenə də sehrli kredit kartı! Tuşu kipriklərinizə bərabər və düzgün çəkmək üçün kartlardan istifadə etmək mümkündür.

9. Açıq karandaşla baxışlarınıza daha sağlam və gümrah görüntü bəxş edə bilərsiniz.

10. Göz kölgənizin daha dolğun olmasını istəyirsinizsə, altından göz üçün olan açıq karandaş çəkə bilərsiniz.

11. Açıq karandaşla dodaqlarınıza daha dolğun görüntü bəxş edin.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 376
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri