Təbii makiyaj etməyin qaydası

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 6 327
Səs ver:
(səs: 1)
Dərinin tonlaşdırılması
Tonal krem, pudra və örtücü vasitə istifadə edərək dəriniz üçün doğru tonları seçməlisiniz. Bürünc görünmək üçün tünd rəng tonlaşdırıcı kremlərdən uzaq durun.

Qalın qaşlar
Qaşlarınızı göz kölgəsi, göz qələmi və ya tuş fırçası istifadə edərək, daha diqqətə çarpan hala gətirin. Qaşlarınızın saç rənginizlə eyni olmasına diqqət edin. Sarışınlar açıq qəhvəyi, qumrallar tünd rənglər istifadə etməlidir.

Gözlərə fokuslanın
Gözlərinizi açıq qəhvəyi göz qələmiylə vurğulayın və ya kirpik diblərinə qəhvəyi göz kölgəsi sürtün. Göz qapaqlarınıza neytral göz kölgəsi çəkin. Kirpiklərinizə qəhvərəngi və qara tuş sürtərək son toxunuş edin.

Yüngül ənlik
Berj-çəhrayı ən təbii görünən ənlik tonlarıdır. Ənliyi güldükdə ortaya çıxan qisimlərə sürtməyiniz məsləhətdir.

Parlaq dodaqlar
Təbii görünmək istəyərkən dodaqlarınızdan yan keçməyin. İsti tonlarda dodaq boyaları və ya dodaq parladıcılarına üstünlük verin. Daha təbii görünməsi üçün barmaqlarınızı istifadə edərək yayın.

Qumrallar üçün təbii makiyaj
Saçlarınız tünd rənglidirsə, qara göz layneri və albalı tonlarında dodaq boyası təbii və mükəmməl görünməyinizi təmin edəcək.

Sarışınlar üçün təbii makiyaj
Açıq rəng saçlara ən uyğun rənglər açıq çəhrayı və ya şaftalı tonlardır. Çəhrayı parlaq dodaq boyası mükəmməl tamamlayıcı olar.

Əla makiyaj
Əla bir makiyajın qızıl qaydası dodaqların və ya gözlərin ön planda olmasıdır. Ancaq bu cür makiyajla həm gözlərinizi, həm də dodaqlarınızı ön plana çıxararaq, mükəmməl görünə bilərsiniz.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 6 327
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri