Dırnaq boyalarından məişətdə istifadə. 10 faydalı məsləhət

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 713
Səs ver:
(səs: 0)
Hər bir evdə dırnaq boyaları var. Əllərimizi gözəl və baxımlı etməkdən əlavə dırnaq boyaları bizə bir çox işlərdə kömək edə bilər.

1. Bunu hamı bilir. Kolqot və ya qolfilərin cırılmış yerini lakla yaxşı bərkidin. 1 lay çəkin, bir az gözləyin ki, lak qurusun, sonra yenə bir-iki lay çəkin.

2. Parıltısız bijuteriyanı, düymələri, sancaqları şəffaf parıltılı lakla boyamaq olar. Onlar təzə kimi görünəcək və parıldayacaq.

3. Düymələri bərkitmək üçün bu düymələri saxlayan sapların üzərinə 1 damcı lak tökün. Düymələr daha gec qırılacaq.

4. Eynəklərin vintləri tez-tez laxlayır, yerindən çıxır və eynək qırılır. Bunun qarşısını almaq üçün vintin üzərinə lak çəkin.

5. Evdə yapışqan yoxdursa, lakdan istifadə edin.

6. Açarları, bankaları, butulkaları və s. səhv salmamaq üçün onlara müxtəlif rəngdə lak çəkin.

7. Bəzən paltarasanlar (xüsusilə taxtadan olanlar) nazik paltarlara ilişir, onları korlayır. Bunun qarşısını almaq üçün paltarasana lak çəkin. Səth hamar olacaq və paltarlar ilişməyəcək.

8. Laklı ayaqqabıların və ya çantaların üzərində çatlar və ya sürtülmüş yerlər əmələ gəlibsə, bu yerlərə şəffaf lak çəkin.

9. Fıncanın, stəkanın, boşqabın, güldanın və s. üzərində çat əmələ gəlibsə, ona bir neçə lay lak çəkin.

10. Paltarınızı hər hansı iti əşyaya ilişdirmisinizsə, cırılmış yeri astardan şəffaf lakla bərkidin.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 713
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
kivircik
1ci ve 6ci-da yazilanlar ishime yarayib
29 sentyabr 2019 21:57
2
Offline
BARBI
Lakdan mende bezi yerlerde istifade edirem.Faydali meslehetlerdi
29 sentyabr 2019 20:45
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri