Sulu mərmər manikürü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 200
Səs ver:
(səs: 1)
Bir xanımın gündəlik həyatda gözəl, baxımlı görünməyə ehtiyacı var. Xüsusilə də dırnaqlara qulluq vacibdir. Sizə bu dəfə necə sulu mərmər manikürü etməyi öyrədəcəm. Bunun üçün suyu tökməyə qab seçməliyik. Amma qətiyyən böyük kasa və ya qab seçməyin, onda suya tökdüyümüz dırnaq boyası tez quruyur, istifadəsiz olur. Bunun üçün bir fincan, ya stəkan götürün. İçinə otaq temperaturunda olan su tökün. Əgər su soyuqdursa iki saat əvvəldən otağa qoyub isidə bilərsiniz.
Sizə bu manikürü etmək üçün lazım olacaq:
rəngsiz dırnaq boyası
ağ rəng dırnaq boyası
3-4 fərqli rəngdə dırnaq boyası
diş çöpü və ya iynə
aseton
salfet
skoç
qulaq təmizləyən

Məsləhət:
İlk öncə diqqət etməlisiniz ki, seçdiyiniz dırnaq boyaları nə çox qatı, nə də çox duru olmasın, yoxsa bu manikürü edə bilməzsiniz. Bununla yanaşı, çatlayan dırnaq boyası, mat rəngli boyalar da lazım deyil. Seçdiyiniz dırnaq boyasının birini bir damcı suya tökməlisiniz. Boyanı suya çox uzaqdan töksəniz suyun dibinə enəcək, suda yayılmayacaq. Buna görə ya dırnaq boyasını suya damcıladarkən ya suya çox yaxın tutmalısınız, ya da suya toxundura bilərsiniz. Əvvəlcədən bütün vəsaitləri əl altınızda toplayın. Dırnaqlarınız qısadırsa sadəcə iki rəng dırnaq boyasınan istifadə etmək daha uyğun olar.


Necə manikür edək?
Dırnağınıza rəngsiz dırnaq boyası vurun, qurumasını gözləyin.
Sonra iki dəfə ağ rəng dırnaq boyası vurun qurusun.
Dırnaqlarınızın kənarına skoç kəsib yapışdırın ki əlinizi suya batrdıqda dırnaqların kənarı batmasın.
Suyuni içinə, mərkəzə bir damcı dırnaq boyası tökün, yayılmasın gözləyin.
Daha sonra digər dırnaq böyasından bir damcı mərkəzə tökün.
Qabı yavaşca silkələsəniz rəng daha yaxşı yayılar.
Hərdən suyun ağ hissəsini də diş şöpü ilə tərpətsəniz olar.
Bir neçə dəfə damcı-damcı dırnaq boyasını suya tökün.  
Diş çöpünü götürün.
Stəkanda yaranan bəzəyin bir az ortasından (hardasa yaranan ikinci dairədən) diş çöpü ilə mərkəzə çəkin.
Bunu diş çöpü bulaşdıqda salfetlə silin yenə edin.
Bu zaman bəzək gül formasında olacaq.  
Barmağınızı suya, bəzəyin içərisinə batırın.
Bir neçə dəqiqə saxlayın.
Dırnaqlarınızın kənarını suda çip çöpü ilə təmizləyin.
Dırnağınızı sudan çıxarın.  
Dırnağınızda su qalmışsa ehmalca salfet ilə götürün, əgər böyük deyilsə toxunmayın qurusun.
Dırnaqların kənarı batıbsa, qulaq təmiləyən şöpü asetona batırıb silin.
Dırnaqlarını eyni vaxtda və ya bir-bir bəzəyin. Sonda dırnağınıza rəngsiz dırnaq boyası çəkin.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 200
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri