Dırnaqlara göz muncuğu çəkməyin sadə yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 858
Səs ver:
(səs: 1)
Dırnaqlara müxtəlif  naxışların çəkilməsi  insanlarda həmişə " bunları necə edirlər?” sualı yaradır və  hər zaman maraq mövzusu olur.

Mən olsam bacara bilmərəm  deyə düşünə bilərsiniz, amma mən  dırnaq dizaynlarının heç də çətin olmadığını göstərmək istəyirəm. Evdə  gözəl dırnaq dizayn nümunələrini sizlər yarada bilər və özünüzə tətbiq edə bilərsiniz.

Əgər siz həm sadə, həm də cəzbedici dırnaqlara sahib olmaq istəyirsinizsə, aşağıda göstərdiyimiz dırnaq boyası və dizaynı tam sizlikdir. Əvvəlcə şəffaf  rəngli  lak çəkilir.  (Məsələn, "Golden Rose” № 03)

Sonra dırnaqlarımızın üstündə göz muncuğu düzəltmək üçün 3 ayrı dırnaq

boyasından istifadə edirik. Məsələn, göy ("Golden Rose” № 212)  , tünd ağ ("Golden Rose” №04), tünd göy ("Golden Rose” № 231)  boyadan istifadə etmək olar.

Çəkdiyimiz şəffaf boya quruduqdan sonra dırnağın sol küncünə lakın öz fırçası  ilə kiçik nöqtələr qoyulur.

Bir neçə dəqiqə keçdikdən sonra tünd ağ rəng olan boyanı əvvəldə qoyduğumuz göy lakın üstünə, ondan kiçik şəkildə nöqtə qoymaq lazımdır.

Son addımda tünd göy, ya da qara lakın dənəciklərini qoyarkən həm fırça, həm də iynədən istifadə etmək olar (əgər fırça ilə nazik alındıra bilməsəniz).

Qeyd: Bu tip naxışlar düzəldərkən  istifadə edilən fırçanın ucu çox  incə olmalıdır. Əgər çəkilən naxışın yaxşı olmağını istəyirsinizsə, hər lak çəkəndən sonra ən azı 15 dəqiqə gözləmək məqsədəuyğundur. Bütün rənglər quruduqdan sonra qoruyucu lakdan istifadə etmək olar. Bu dırnaqların daha parlaq və canlı görünməsini təmin edir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 8 858
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri