Dırnaq boyasından istifadə etməyin ən asan və rahat yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 230
Səs ver:
(səs: 2)
Dırnaqlarınızı boyayarkən çətinlik çəkirsinizsə, bu məsləhətlərdən yararlanaraq müsbət nəticə əldə edə bilərsiniz

İlk olaraq dırnaq boyasının rəngini seçməliyik. Bu zaman dırnaqların quruluşunu da nəzərə almalıyıq. Qısa və bucaqlı dırnaqlar üçün tünd rənglər uyğun hesab edilir. Uzun və yumru dırnaqlar üçün isə açıq və nəzərə çarpan boyalar məsləhət görülür.
Dırnaq boyası seçməzdən öncə əlləri sabunla yuyaraq qurulamalıyıq. Daha sonra asitonla dırnaqlardakı qaraltıları və ötən dəfədən qalan boyaları silin. Qoruyucudan istifadə edərək boyanın uzun müddət qalmasına nail ola bilərsiniz. Qoruyucunu dırnaq uclarına sürtməyi isə unutmayın. Mütəxxəssislər qoruyucu boyadan dərhal sonra rəngli boyanı çəkməyi tövsiyə etmir. Bu müddət bir günədək uzadıla bilər. Şəffaf dırnaq lakından istifadə edərək rəngli boyanın ətrafa yayılmasının qarşısını asanlıqla ala bilərsiz.
Rəngli boyanı dırnağın tən ortasından çəkməyə başlayın. Boyanı üç qat çəkməyiniz tövsiyə edilir. İki dəqiqə fasiləylə növbəti qatları çəkə bilərsiniz. Cəlbedici görünüş almaq üçün sonda parlaqlıq verən boyadan istifadə edin.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri