Son illər “bestseller” olan 10 qadın ətri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 493
Səs ver:
(səs: 1)
Məlumdur ki, biz qadınlar ətirləri çox sevirik. Hətta ətirlərə ətək-ətək pul xərcləyənlərimiz də var. Yazımızı bu dəfə son illərin ən çox satılan ətirlərə həsr etdik. Qadınların ruhunu daha çox oxşayan “bestseller” ətirləri sıraladıq. Gəlin görək xanımlarımız tez-tez sifariş etdiyi ətirlər hansılardır?

Tom Ford Black Orchid
Diqqətləri üzərinizə çəkə biləcək bir ətirdir. Kompozisiyası olduqca zəngindir. Meyvə və çiçək notları şokoladlı baza ilə tamamlanır və ətrin şleyfi sizi uzun müddət sevindirir. Payız və qış fəsilləri üçün ideal seçimdir.

Lancome La Vie Est Belle
Lancome-un La Vie Est Belle ətri qoxu piramidasına görə, yüksək konditer sənətinin reseptlərinə bənzəyir. Ətrin kompozisiyası dəyərli tonka ağacının dənəsi və nadir vanil növü ilə tamamlanır. Bu əsas notlara isə şirəli armud, qara qarağat əlavə olunur. Bu ətrin qoxusuna güclü cins müqavimətsiz təslim olur. Ətrin gözəl, dadlı və dəyərli şleyfi diqqətləri üzərinizə çəkməyə yetərlidir.

Christian Dior J’adore
Bu siyahını bu ətirsiz təsəvvür etmək mümkün deyil. J’adore çiçək-meyvə notlarında olan lüks ətirdir. Ətrin aşağı notu maqnoliya, yemiş, ərik, armud, berqamont və naringi, orta notu Meksika tuberozası, gavalı, bənövşə, orxideya, freziya, jasmin, inciçiçəyi və Nepal qızılgülü, əsas notu müşk, vanil, Texas sidri və böyürtkəndən ibarətdir. Bütün bu notlar birləşərək Dior J’adore-u tamamlayır və nəticədə bütünlüklə yaz-yay hiss etdirən əfsanəvi ətri bizə bəxş edir.

Dolce&Gabbana Light Blue
Dolce&Gabbana həmişə ətir kolleksiyaları ilə diqqətləri üzərinə cəmləməyi bacarır. Ətir meyvə-çiçək qoxularının birgə ahəngindən yaranmış qadın ətridir. Ətriyyatçı Olivier Cresp tərəfindən hazırlanan ətirdə üst notda alma, ağ sidr, inciçiçəyi, Siciliya limonu yer alır, ürək notda ağ qızılgül, bambuk və jasmin, baza notda isə kəhrəba, müşk və ağ sidr ətri tamamlayır.

Coco Chanel Mademoiselle
Chanel modalar evinin istehsalı olan Coco Mademoiselle ətrində sitrus notlarla çiçək notları vəhdət təşkil edir. Vanil isə ətrə xüsusi yumşaqlıq bəxş edir. Ətrin qalıcılığı inanılmaz dərəcədə çoxdur, ətir dəridə gün boyu rahatlıqla qalır. Şleyfi isə bir sözlə əsrarəngizdir.

Lanvin Eclat d’Arpege
Lavin ətir evinin istehsalı olan Eclat d’Arpege şərq akkordlarının da əlavə olunduğu çiçək qoxuların simfoniyasıdır. Yasəmənin intensiv qoxusu pion, çay yarpağı, enber, müşk, sidr ağacı ilə birləşir və gənc qızların sevimlisinə çevrilən əvəzolunmaz yaz ətrini ərsəyə gətirir. Qalıcılığı orta olan ətrin şleyfi də ortadır. Amma xoşagələn qoxusu alıcıları biganə qalmağa imkan vermir.

Chanel Chance
Chance çiçək notlu ətirlər qrupuna aiddir. Ətirdə sitrus notlar gözəçarpacaq dərəcədə özünü göstərir. Sitrus notlatı paçuli və müşk müşaiət edir. Ofis, iş görüşləri üçün uyğun ətirdir. Ətir şleyfli və qalıcıdır. Çıxdığı gündən xanımların sevimlisinə çevrilməyi bacardı.

Paco Rabanne Lady Million
Qərarlı, güclü xanımların ətri olan Lady Million ağac, çiçək notlu ətirlər qrupuna daxildir. Balın şirinlik qatdığı paçuli öz şirinliyini jasminlə əvəzləyir. Ətirdə meyvə qoxularını da hiss etmək olur. Ətir çox qalıcıdır, geyimlərin üzərində bir neçə gün qala bilir. Soyuq günlərin ətridir.

Narciso Rodriguez For Her
Narciso For Her feminəl, zərif, məxmər toxunuşlu ətirdir. Ətrin kompozisiyasında dominantlığı müşk edir. Müşk portağal çiçəkləri, vetiver, vanil, enber ilə birləşir, zərif amma güclü qadının xarakterini tamamlayır. Ətrin uğuru danılmazdır.

Giorgio Armani Acqua di Gio
Ətir sakit ab-havası ilə gənc qızların yay tətilində üstünlük verdikləri ətirdir. Ot, az-maz meyvə (ananas, sitrus, qarpız, muskat üzümü), çiçək notludur. Ətrin qoxusu sizə qızmar yay günlərində axşamtərəfi dəniz sahilini xatırladacaq. Yüngül, freş ətir olduğundan qalıcılığı dəridə 4-5 saatdır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 493
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri