Baharın gözəl qızı yasəmən…

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 3 944
Səs ver:
(səs: 0)
Uşaqlıqdan bəri yazın ən gözəl qoxusu mənim üçün yasəməndir. Babamgilin həyətindəki böyük yasəmən ağacı aprelin əvvəlindən çiçəkləməyə başlayanda sevinirdim. Çünki rəngilə əsl yaz ab-havası yaşadan bu çiçək qoxusu ilə də məni ovsunlayırdı. Ta o vaxtdan heç imtina etmədiyim qoxu olan yasəmən çiçəyini böyüdükcə yaz gələndə hər yerdə hiss etmək istəyirdim. Bu vaxt köməyimə ətirlər gəlirdi.

Ətriyyatda geniş istifadə olunan yasəmən ilin bütün fəsillərində bizə yazı yaşada bilər. Yasəmən südlü badam, qızılgül və yaşıl yarpaqların qoxusu ilə bizi yaz bağçasında hiss etdirir. Amma ətirlərin tərkibində istifadə üçün bu çiçəyin notu çətin əldə edilir. Ətriyyatda yasəmən ağacı Seltik mədəniyyətinə görə, “sehirli” hesab olunur. Bir çox mədəniyyətlərdə isə yasəmən sevginin rəmzidir.

Ətirlərin tərkibində yasəmən, adətən, üst notlarda olur. Yasəmən qoxulu ətirlər seçən xanımlar özlərinə əmin olurlar. Bir növ yasəmən öz qoxusu ilə sehirli olmaqla yanaşı, həm də əminlik hissini də bəxş edir. Bu not insana xəyal qurmağı, buludların üzərində gəzməyi və öz şirin bihuşediciliyini göstərir.

Bir çox məşhur ətriyyat evləri yasəməndən öz ətirlərində geniş istifadə ediblər. Christian Dior, Calvin Klein, Chanel, Kenzo, Jo Malone, Yves Saint Laurent, Givenchy, Estee Lauder, Lancome kimi brendlər dünyaca məşhur ətirlərində məhz bu sehirli çiçəkdən istifadə ediblər.

Yasəmən çiçəyi “eau de toilette” şəklində istifadə edildikdə ətirlərin tərkibində 6-8%, “eua de perfume” şəklində isə 12% olaraq istifadə olunur. Buna görə də parfumlər daha çox qalıcıdır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 944
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri