Harada hansı ətri istifadə etməliyik?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 060
Səs ver:
(səs: 0)
Ətirləri hamımız sevirik. Harasa gedəndə ən sevdiyimiz ətirdən çoxlu-çoxlu vururuq ki, bizdən gözəl qoxu gəlsin, hər kəsi, xüsusilə də, əks cinsin diqqətini cəlb edək. Amma əslində ətirlər cinsəl bir silah kimi istifadə etmək və hara hansı ətri gəldi çoxlu-çoxlu vurub getmək düzgün deyil. Harada hansı ətri istifadə edə bilərik, gəlin birlikdə baxaq.

Ofisdə
ABŞ-ın Duke Universiteti ətir istifadəsi ilə bağlı araşdırma etmiş və araşdırmanın nəticəsi göstərib ki, ətir istifadə etməyin qarşı cinsi cəlb etməkdən başqa da faydaları çoxdur. Bunlardan ən vacibi özünəinamı artırmaqdır. Belə ki, siz işə gedərkən düzgün seçdiyiniz ətri istifadə etsəniz, günboyu özünəinamınız yüksək olacaq. Yerinə görə düzgün seçilmiş ətir insanın iş qabiliyyətini daha da yüksəldir. Eynilə aromaterpiya seanslarında olduğu kimi, gündəlik həyatda da gözəl nəsə iylədikdə özünüzü daha yaxşı hiss edə bilərsiniz. Lakin ofisdə çalışmalısınız ki, çox güclü ətirlər istifadə etməyəsiniz. İş üçün ən yaxşı ətirlər xəfif çiçək, meyvə və sabun qoxularında olan ətirlərdir.

İş görüşündə
İş görüşməsi olduqca vacib, ciddi bir görüşdür. Bircə səhv sizin gələcək karyeranızı başlamamış bitirə bilər. Amma seçəcəyiniz düzgün ətir qarşı tərəfi sehirləyə bilər və siz öz karyeranızda əmin addımlarla irəliləyə bilərsiniz. Buna nail olmağınız üçün iş görüşünə gedərkən yumşaq, səndal ağacı, berqamot, pudra notlarında ətirlər seçməlisiniz.

Gecə
Gecə üçün ətir seçərkən ən güclü, ən ağır ətirləri belə istifadə etmək olar. Amma burada da diqqət edilməsi vacib olan bir nüans var: Əgər miqdarı bir az çox etsək ətrafımızdakılar ətirlə duş qəbul etdiyimizi düşünərlər və onları narahat etmiş olarıq. Bəs gecə üçün hansı ətirlər daha uyğundur? Estee Lauder ətriyyat evinin ətir dizaynerlərindən Karyn Khoury-ə görə, gecə üçün ən uyğun ətirlər ədviyyatlı, ağac və şərq notlarından hazırlanan ətirlərdir.

İdmanda
Aktiv həyat tərzi sürənlər freş, canlandırıcı ətirlər istifadə edənlər özlərini daha rahat hiss etdiklərini bildirirlər. Araşdırmalar göstərir ki, yaşıl limon notu təmizliyi və təzəliyi daha çox vurğulayan ətir notudur. Bunun səbəbi limon qoxusunun dəri üzərində sürətlə yayılması və dəridə sərinlik hissi yaratmasıdır. Limon qoxusunun tez buxarlanmasının da səbəbi molekulların sıxlığına görə digər ətirlərdən daha yüngüldür. Xüsusilə, yaz aylarında limon notu olan ətirlər daha çox işə yarayır.

İlk görüşdə
İlk görüş bir çoxumuzun həyatında ən həyəcanlı, ən unudulmaz və ən gözəl andır. Bu görüşə çox həyəcanla hazırlanar, hər şeyin qüsursuz olmasına çalışarıq. Hər şeyi bugünə məxsus seçdiyimiz kimi, ətrimizi də xüsusi seçməliyik. Çünki kişilər biz qadınları çantamızla deyil, məhz ətrimizlə xatırlayarlar. İlk görüşdə vanil, şokolad, hindqozu notlarının olduğu ətirlərə üstünlük verilməlidir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri