Ətirlərin psixoloji tərəfləri. Temperamentə görə ətir seçimi.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 623
Səs ver:
(səs: 0)
Çox vaxt ətirləri əhvalımıza görə seçirik. Amma, demə, ətirləri təkcə əhvala, trendə və ya fəsilə görə deyil, həm də, temperamentə görə də seçmək lazımdır. Bəs temperamentimiz ətir seçimimizə necə təsir edir?

Məlumdur ki, psixologiyada 4 tip temperament var: sanqvinik, fleqmatik, xolerik, melanxolik.

Sanqvinik –

Ətirlərin psixoloji tərəfləri. Temperamentə görə ətir seçimi.

Çox enerjili, şən, optimist, açıq və ünsiyyətcil təbiətə malikdir. Bu tiplər adətən, limon, berqamot, qreypfrut, su notlu ətirlər seçirlər. Onlara ideal formada parlaq, freş və yüngül ətirlər yaraşır. Sakitləşdirici təsir üçün isə sanqviniklər səndəl, lavanda, lotos çiçəyi, qardeniya, ylanq-ylanq notlu ətirlərdən yana seçim etməlidirlər. Və bu temperamentin nümayəndələri, adətən, uniseks ətirlər istifadə edirlər.


Fleqmatik –



təbiət balanslı, düşüncəli, çalışqan, çox səbrli xarakterə malik olur. Onlar sakitliyi və ölçüb-biçməyi özlərinə yaraşdırırlar. Çox az emosional olurlar. Belə sakit insanlar parlaq sitrus və ədviyyat vurğulu ətirləri seçirlər. Təbiətlə təmas təşkil edən xarakterləri ağac notlardan ud, səndəl, palıd yosunu, paçuli ilə “dost”luq etməyə imkan verir. Fleqmatiklər həyatlarının ən ciddi və vacib anlarında bir az ciddi, şipr və ot vurğulu ətirlərdən yana seçim edərək, eleqantlıqlarını əks etdirmiş olurlar. Enerji yönündən jasmin, Türkiyə qızılgülü, zanbaq, tuberoza seçimdir.

Xolerik –



Cəld, sürətli, tamamilə balansda olmayan və çox implusludur. Belə insanlar həm də aqressiv ola bilirlər. Adətən, parlaq, sitrus, istiot, ədviyyat notlu, şərq vurğulu və ekzotik vanil ya da ki, ədviyyat, ənbər çalarlı ətirləri bəyənirlər. Lavanda, sakit ağac notlu, ilanq-ilanq, ladan notlu ətirlər onların psixoloji gərgin vəziyyətini sakitləşdirir.

Melanxolik –



Xəyal quran, çox həssas, tez-tez başqalarına bağlanan, romantik təbiətli, yaxşı dostluq etməyi bacaran insanlar olurlar. Buna baxmayaraq, onlar depressiyaya meyilli olurlar. Baxmayaraq ki, melanxoliklər iris və ya bənövşə, incə pudra çalarlarında ətirlərə üstünlük verirlər, amma zərif çiçək qoxular – qızılgül, yasəmən – onların həyatlarına optimist hava qatır. Yüksək əhvala malik təbiətləri isə sitrus notlardan ilham alır. Şirin qoxular onlarda hormonal dəyişiklik edir və serotonin (xoşbəxtlik hormonu) ifraz edərək, əhvallarının yüksək olmasına səbəb olur. Melanxoliklər darçın, mixək, vanil, tonka lobyasının əlavə edildiyi ətirlərə üstünlük vermirlər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 623
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri