Hansı ətirlər daha qalıcıdır?

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 955
Səs ver:
(səs: 0)
Ətir alarkən xanımları və bəyləri ən çox narahat edən sual: Bəs bu ətir qalıcıdır? Əldə etdiyimiz ətrin qalıcılığı bir çox detallardan, ilk növbədə ətrin tərkibindəki komponentlərin mənşəyindən və ətrin klassifikasiya qrupundan (şərqi, çiçəkli, fujer, sitrus və s.) asılıdır. Adətən sərin və sitrus ətirlərin qalıcılığı maksimum 6 saata qədər olur, çiçəkli və meyvəli ətirlər nisbətən daha cox, 8 saata qədər qalıcılığa malikdir. Tərkibinə müşk, ənbər daxil olan ağac qoxulu, şərq ətirləri isə ən qalıcı ətirlər hesab olunur və 8 saatdan çox qalıcılığa malik olurlar. Hər hansı ətrin qalıcılığında onun tərkibindəki maddələrin mənşəyi ilə yanaşı, konsentrasiyası da boyük rol oynayır. Bilirik ki hər bir ətrin tərkibi etil spirti, bəzən boyaq maddələrindən (bu ətrin qoxusuna heç bir təsir göstərmir), ətirli maddələrdən (efir yağları, heyvan mənşəli və süni maddələr) ibarətdir. Ətrin konsentrasiya növü onun tərkibinə daxil olan ətirli maddələrin miqdarından asılıdır.

* Parfum (Extrait) tərkibinin 20-30% ətirli yağlardan ibarətdir. Bu parfumeriyanın ən qalıcı və ən bahalı növüdür.

* Parfum Suyu ( Eau de Parfum –EDP) tərkibinin 10-20% ətirli yağlardan ibarətdir. Əlbəttə ki, bunun parfuma nisbətən qiyməti və qalıcılığı az olur. Lakin bu onun statusunu aşağı salmır. Çoxlarımızın ən çox müraciət etdiyi konsentrasiya növü məhz parfum suyudur.

* Tualet suyu (Eau de Toilette – EDT) tərkibinin cəmi 4-10% ətirli yağlardan ibarətdir. Tualet suyunun qalıcılığı digər konsentrasiyalara nisbətən az olsa da, bu onların istifadəçilərinin sayına təsir göstərmir. Tualet suyundan siz gün ərzində çəkinmədən bir neçə dəfə istifadə edə bilərsiniz. Bundan başqa, yay fəslində tualet suyu daha çox işimizə yarayır.

* Odekolon (Eau de Cologne – EDC) demək olar ki, tualet suyu ilə eynilik təşkil edir, amma tərkibinin 1.5% ətirli yağlardan ibarətdir. Kişi ətirlərinin əksəriyyəti EDT variantında istehsal olunur və tərkib hissəsi sayəsində EDP qadın ətirləri ilə demək olar eyni qalıcılığa malik olur. Bundan başqa qeyd edək ki, bəzən bir istehsalçının EDT varianti digər istehsalçının EDP variantından daha qalıcı olur. Bu istifadə olunan tərkib hissəsinin keyfiyyətindən asılıdır. Brendlər arasında bu qanuna uyğunluq pozulsada, brend daxili konsentrasiya uyğunluğu hər zaman qorunur.

Və, sevimli ətrimizin qalıcılığına təsir edən daha bir neçə amil:

* Yağlı dəridə quru dəriyə nisbətən ətir daha qalıcı olur. Əgər sizin dəriniz qurudursa ətirdən əvvəl nəmləndirici vasitədən istifadə etməyiniz məsləhətdir. Yaxşı olar ki bu istifadə etdiyiniz ətrin nəmləndirici bədən losyonu və ya bədən kremi olsun.

* Ətri bədəninizin nəbz hissələrinə, yəni qulaqlarınızın arxası, biləkləriniz, dirsək bürüşükləri, sinə oyuğuna vursanız onun qalıcılığını artıra bilərsiniz. Ətriniz tualet suyudursa onu saçlarınıza vurmaqdan çəkinməyin, saçlar ətri özündə daha çox saxlayır. Lakin saçların təmiz olması vacibdir, əks halda ətir saç yağı ilə birləşər və qoxusunu dəyişə bilər.

* İstifadə etdikdən sonra ətri əlinizlə dərinizə yaymayın, bu ətrin notlarının açılma ardıcıllığını poza bilər. Ətrafdakılar isə ətri aydın duya bilirlər. Yadda saxlayın ki, ən xoş qoxulu ətrin belə həddindən çox vurulması ətrafdakıları narahat edə və sizi gülünc vəziyyətə də düşürə bilər. Ən qalıcı ətir ən yaxşı ətirdir fikri şübhəsiz ki yanlışdır. Ən yaxşı ətir sizə sevinc və xoş təəssüratlar bağışlayan, xarakter və temperamentinizə uyğun olan ətirdir.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 955
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
fiyonik
Son zamanlar hec bir etirin iysini beyenmirem. Etir sevmemeye baslayiram. Cox bas agridirlar. Olsa olsa sade cicek etirlerini vuraram. Tesekkurler
19 iyun 2019 17:43
6
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
vipbetul
maraqli melumatdir
19 iyun 2019 12:40
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Qalicilig onemlidir.Etirde buna cox onem verirem
18 iyun 2019 22:41
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
BakılıQız
Men adeten qoxusuna fikir verirem,etir alarken qaliciligi hec vecimede olmur,sorusmuram 05
18 iyun 2019 21:00
3
Online
diablo
Faydalı məlumatlardi təşəkkür canim sayəndə öyrənmiş oldum123
18 iyun 2019 18:00
2
Perfect
Offline
Naz_S
Lazimli meslehetlerdi tewekkirler
18 iyun 2019 17:30
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri