Ətir coğrafiyası: Müxtəlif ölkələrin və şəhərlərin şərəfinə yaradılmış ətirlər

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 259
Səs ver:
(səs: 0)
Ah Paris, Paris! Şərəfinə 50-dən çox ətir hazırlanan sevgi, dəb paytaxtı Paris! Bu məsələdə İstanbul, London, Nyu York da Parisdən geri qalmır. Bəli, bu dəfəki bloq yazımızda sizə şanına ətirlər hazırlanan ölkə və şəhərlərdən, onlara həsr olunan ətirlərdən bəhs edirik.

Avropa

Ətriyyatçıların coğrafi məkanalara uyğun ətirlər yaratmaq üçün səbəbləri boldur. Məsələn, odekolon “Angeli di Firenze” Florensiyanın sel basmasının 40-cı il dönümündə təqdim edilib və “Çirkli mələklərə” həsr olunur – Dünyanın təbii fəlakətlərindən şəhəri qorumaq üçün hazırlanıb. Məşhur moda və ətriyyat evi Tom Ford özünün tüstülü-ədviyyatlı ətir kolleksiyasını yaratdıqdan sonra 2013-cü ildə İngiltərənin paytaxtı Londonda butiki açanda bu kolleksiyanı məhz bu şəhərə həsr edib.

Avropanın dəb, mədəniyyət, sevgi, zərafət şəhəri Parisə həsr olunan məşhur ətirlər:

24 Faubourg, Hermes: Faubourg Saint-Honore 24 ünvanında brendin mərkəzi yerləşir. Fransanın Elzas vilayətində isə prezidentin qərargahı yerləşir. Və onun yaşadığı yerə uyğun olaraq da ağ çiçəklərin hakim olduğu dəbdəbəli 24 Faubourg ətri hazırlanıb.

31 Rue Cambon, Chanel: Kambon küçəsi 31-ci mənzildə Mademuazel Coco Chanel-in evi, butiki və atelyesi yerləşir. Ciddi, pudralı, yumşaq 31 Rue Cambon ətri də, məhz bundan ilhamlanaraq hazırlanıb.

Champs-Elysees, Guerlain: Parisin əsas küçəsi təkcə ətirlərə gözəllik qatan şaftalı, yemiş, mimoza, yasəmən və inciçiçəyi notları məşhur deyil. Bu küçədə Guerlain-in 68 nömrəli mənzildə 4 mərtəbədən ibarət qədim butiki yerləşir.

Amerika


Bir sözlə demək olar ki, Memo brendi Texas səhrasında yerləşən Marfa şəhərindən ilhamlanaraq yaratdığı Olfaktör səyahət ətirlərilə amerikan yuxusunu ətirlə birləşdirdi. Amma buna baxmayaraq bütün ətriyyatçıların diqqəti təbii ki, sarı taksiləri, hündür göydələnləri və məşhur “Sex and the City” serialı ilə dünyada adından söz etdirən ABŞ-ın ürəyi olan Nyu-Yorka yönəlib. Nəticədə, “Big apple” kompozisiya təşkil edən Bond №9 ətri yarandı.

Afrika

Afrikan motivlərindən təşkil olunan ətirlər özlərində gözlənilməz notları birləşdirməyi bacarıb. Onlardan səhranın qaynar nəfəsini, qumun istiliyini və günəşin ilğımını gözləmək olar. “Nishane Africa Olifant” (Afrika fili) ətrinin kompazisiyasında heyvan motivlərini asanlıqla hiss etmək olur. Phaedon Sable Marocain “Moroccan Sands” ətrində vetiverlə kakao vəhdət təşkil edərək Mərakeşin şərəfinə yaradılıb. Hermes-in təzə çiçəklərdən bəhrələnərək yaradılan “The garden above the Nile River” ətri lotos notu ilə Afrikanın bütün sirrlərini dünyaya təqdim etməyi bacardı.

Asiya


Bütün ətriyyatçılar öz müsahibələrində çox səyahət etdiklərini dəfələrlə vurğulayıblar. Birincisi, bu işdə əsas iş ilham mənbəyidir. İkincisi, ruh üçün düzgün inqridientləri tapmaqdadır. Ekzotik Asiya isə uğurlu səyahət üçün ən gözəl yerdir. Məşhur Dior brendi də öz ekzotik ətirlərini yaradarkən Asiyadan yan keçməmiş. Qara Hindistan çayının mixəklə və jasminlə birləşərək gözəl qoxu yaradan Dior Escale a Pondichery ətri Hindistanın port şəhəri Pondişerinin şərəfinə yaradılıb.

Şərq


Bu qəribə olsa da, ancaq ən rəngli Şərq ətirləri Türkiyəyə, xüsusilə də, İstanbula həsr olunub. Bu da bir neçə örnək:

Traversee du Bosphore, L’Artisan Parfumeur: bu ətri vurarkən, qoxusunu aldığınız ilk notdan lokumun, halvanın satıldığı İstanbul “Büyük Pazar”ını, ədviyyat və çayı, böyük şərq mərhəmətini duyacaqsınız.

Mon Nom Est Rouge, Majda Bekkali: Ətir məşhur türk yazıçısı Orhan Pamukun “Mənim adım qırmızı”dır romanının şərəfinə yaradılıb. Kompozisiyanı şərq ədviyyatları, büxur və türk qızılgülü tamamlayır.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 259
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
İlaha
Şərq ətirləri gözəl olar. Tarixçə və tərkibləri bilmək maraqlı oldu.
7 sentyabr 2019 23:36
4
Offline
Ays
Maraqli melumatlardi .
3 sentyabr 2019 21:35
3
Offline
BARBI
Maraqli melumatlardi.Sevdiyim versacedi
3 sentyabr 2019 19:47
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Ətirlərin adlarinin maraqlı tarixçələri var.Chanel ətrini çox bəyənirəm.Təşəkkür
3 sentyabr 2019 17:06
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri