Ətir növləri

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 2280
Səs ver:
(səs: 0)
Ətir, bir çox insanların sevdiyini və istifadə etməkdən zövq aldığı bir şeydir. Ətir, fərdi xarakter və duyğuların əksidir.

Muasir zamanda bir çox ətir növü mövcuddur. Buna görə də onları müxtəlif qruplara aid edirlər.

Sitrus : Bu ətirlərin əsasları sitrus – limon, narıncı, mandarin, berqamot, pomelo, greyfurt, mandarin, yuzu və sitrondan çıxarılan efir yağlarıdır. Sitrus ətri ilə parfüm – canlı və enerjilidir. Səhər üçün ən uyğun olanlar, bir fincan qəhvədən daha rahat uyandırar sizi. Ruhunuz bir uşağın ruhu kimi parlaqsa və velosipedlə səyahət etməyi sevirsinizsə, o zaman bu ətirlər məhz sizin üçündür.

Çiçəkli : Bu ətirlərin tərkibində çiçəklərin ətri – yasəmən, nərgiz, zambağ, qizilgül, vadinin zanbağı, bənövşə, tuberoza vardır. Şirin və romantik, bu ətirlər əsl xatunların ətridir. Bəzən bir not istifadə olunur, lakin adətən klassik bir qadın cazibəliyini yaratmaq üçün müxtəlif növlər də birləşdirilir.

Ağac : Bu ətirlər isti çalarlardan ibarətdir – paçuli, sidr, sandal ağacı, vetiver. Ağac ətirləri qabığın və yosunun əsasında qurulur, və insanın yaddaşında meşənin sarma yolları boyunca gəzintini canlandırırıar. Bu ətirlər digərlərinə nisbətən daha çox uniseks ətirlər hesab olunur. Lakin bu onların kişi ətirləri olduğu anlamınagəlmir. Bu ətirlər həmçinin qadınlar üçün qadın incəliklərini qabartmadan daha cox ofis işi üçün mükəmməl ətirlərdir.

Oriental :
Bu ətirlərin tərkibinə ambre, ladan-labdanum, pudra, vanil və hayvan aksentli ətirlər daxildir.

Şərq parfümları, dərin dekolteli paltarda və uzun dikdabanda gəzən qadınların ətridir. Ekzotik və qadın cazibəli bu ətirlər bazasında torpaq, heyvan ətirləri (müşk və ya ambra), və bir cox hallarda kəhrəba kimi isti notlar ilə qarışıqlarda təqdim olunur. Bunlar cəsur, lakin sirli ətirlərdir.

Dəri : Bu ətirlərin strukturu ağcaqayın, ardıc yağı, stiraks, castoreum, sistusdan ibarətdir. Modern dəri ətirləri müxtəliflikləri və bir-birinə bənzərsizlikləri ilə seçilirlər. Həmçinin dəri notunun özü parfümeriya incəsənətində ən çətin not hesab olunur: çox dərin, intensiv, kaprizli ətir, digər notlarla birgə tam fərqli qoxu yaratmağı bacarır.

Şipr :
Bu ətirlərdə ladan-labdanum, palıd yosunu, bergamot, paçulunun notlarını duymaq olar. Bu ətirlər həmişə çox uzun sürən və ən davamlı ətirlərdəndir. Çox isti və dərin, misk və ya ağac notlu ətirlər. Şipr ətirlərin klassik versiyası ilk növbədə yüngül sitrus qoxulu, sonra əsas buketin açılması ilə fərqlənir. Əsas buketin tərkibində tərkibi isə müşk ilə bərabər çiçəkli ətirlər də daxildir. Çiçəkli ətirlərin şirinliyindən asılı olaraq ətrin istiliyi və doyma səviyyəsini təyin edilir. Bu ətirlərdə ümumi zəmin – odun və müşk var. Şipr ətirləri klassik ətirlərə aiddilər. Buna görə də onlar keyfiyyət, lüks və konservatizmi üstün tütanlar üçün idealdır.

Fujer : Bu ətirlərinin tərkibində palıd və ağac yosunu, lavanda, berqamot, qumarın notlarını hiss etmək olar. Fujerlərin klassik qarışığı – parlaq yuxarı lavanda notu, qumarindən hazırlanan ürək notu və yosun ətirli şleyf. Bu ailəyə aid ətirlər təzə biçilmiş çəmən, saman, ədviyyat və acı çiçəkli akkord qoxuludurlar. Fujer kompozisiyalarını bir sözlə “ekstravaqant” ətirlər kimi təsvir etmək olar. Bir qayda olaraq, təzə, kəskin və acı notlarla yanaşı, onların yumşaq şleyfi olur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2280
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri