Ətirlər haqqında bilməniz vacib olanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 797
Səs ver:
(səs: 0)
Ətir istifadə edən insanlar təqdim etdiyimiz 4 məlumata əməl etməlidirlər.

1. Saçınızı ətirləmək istəyirsinizsə, əvvəlcə saçın təmiz olmağına diqqət yetirin. Qoxuların bir-birinə qarışmaması üçün şampununuzu qoxusuz şampun olanından seçin. Saçlarınız qısadırsa saç diblərinizə, uzundırsa uclarına sıxmanız kifayət edər
Saçınızı daramazdan əvvəl darağınıza bir az ətir vurun. Bu saçı təmiz və təravətli saxlayacaq

2. Ətirlər pambıqlı, yunlu kimi təbiiiplə toxunmuş parçalarda çox qalıcı olur və rahat yayılır. Sintetik altarlarda qalıcılığı azdır. Ətirin ən qalıcı olduğu parçalar isə kürklər və atlas parçadan hazırlanmış geyimlərdir.

3. Ətirinizi pencək və jaketlərinizin astarlarına, ətək və paltarların bel nahiyəsinə vurun.
Geyimlərinizi fərqli ətirlər sıxmayın. Üst üstəvurulan ətirlərin molekulları yaxşı bir qarışıq meydana gətirməz və pis qoxu yaradar.
İpək geyimlərə isə ümimiyyətlə ətir vurmayın, ətir geyimlərdə ləkələr buraxır.
Əgər ətirinizi tez-tez dəyişdirirsinizsə, yalnız bədəninizi ətirləməklə kifayətlənin. Qoxu onsuz da geyimlərinizə də keçəcəkdir.

4. Ləl-cəvahirat, aksesuar və xüsusilə mirvarilərə ətir istifadə etməyin, ətirlərdəki spirt bəzək əşyalarınız parlaqlığını yox edər.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri