Mütəxəssis məsləhətləri

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2198
Paylaş:
Səs ver:
(səs: 1)
Qadınların bir çoxu belə hesab edir ki, qidalandırıcı və təmizləyici kremlərdən istifadə, həmçinin kosmetik salonlara müntəzəm baş çəkmə dərinin sağlam və gözəl qalması üçün yetərlidir. Lakin bundan savayı, istənilən yaş həddində valehedici qalmaq üçün bəzi digər qaydalara da əməl etmək zəruridir.
Günəş heç də həmişə dost rolunda çıxış etmir, belə ki, günəş şüalarının təsiri heç də həmişə xeyirli deyil; bundan başqa, ultrabənövşəyi şüalar yığılıb qalma xüsusiyyətinə malikdir ki, bu da öz növbəsində dərinin vaxtından əvvəl qocalmasına gətirib çıxarır. Məhz bu səbəbdən yayda mütləq 15+-dən aşağı olmayan SPF (müdafıə amilli) tərkibli günəşdən qoruyucu kremlərdən istifadə etmək lazımdır. Onu da yaddan çıxarmamaq lazımdır ki, göz ətrafı dəri həmçinin müdafıəyə möhtacdır.
Dərini nəmləndirmək üçün nəmləndirici vasitələrdən istifadə və xüsusən yayda yetərincə su içmək mütləqdir.
Siqaretdən istifadə yalnız ağciyərlərə deyil, həmçinin dəriyə də mane olaraq, onun normal fəallığına maneçilik törədir ki, nəticədə dəri qeyri-sağlam çalar alır.
Dərinin gözəl və sağlam qalmasının səbəblərindən biri də düzgün qidalanmadır, məhz bu səbəbdən yağlı və karbohidrat qidadan yetərli miqdarda istifadə etmək lazımdır, həmçinin müəyyən pəhrizlərə ehtiyatla yanaşmaq lazımdır. Məsələ burasındadır ki, artıq çəkini birdən-birə aradan qaldırarkən dəri sallanır və qırışlar əmələ gəlir.
Dəri örtüyünün sağlamlığına həmçinin fıziki təmrinlər müsbət təsir göstərir ki, nəticədə qan dövranı yaxşılaşır və dəri oksigenlə yetərincə təchiz olunur.
Şübhəsiz, müasir həyatımızda streslərdən qaçmaq çətin məsələdir, amma buna ən azı çalışmaq lazımdır, belə ki, onlar hormonal mübadilənin pozulmasma gətirib çıxarır ki, sonuncusu da öz növbəsində dərinin vəziyyətinə mənfı təsir göstərir. Streslərin mənfı təsirini idman, yoqa və ya rəqslə məşğul olmaqla azaltmaq mümkündür.

Redakte etdi: PRETTY GIRL

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2198
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv