Gozel deriye sahib olmaq ucun Qoz maskasi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 10 661
Səs ver:
(səs: 1)


 

Hava çirkliliyi, makiyaj, qeyri-kafi bəslənmə, az su içmək, hormonal dəyişikliklər, dərman istifadəsi dərini yoran faktorlar arasında var. Nəfəs ala bilməyən, bəslənməyən, yaşlanan dəridə; akne və sızanaq problemi, mat görünüş, ləkələr kimi problemlər ortaya çıxır.

İşdə Bütün Bunlara Gözəl Bir Həll;

Aynaya baxdığınızda sağlamlıqla parlayan bir dəri görmək, kırışıkları qarşısını almaq, dəri hüceyrələrini yeniləmək üçün evdə asanca tətbiq edə biləcəyiniz qoz maskasıyla dərinizi mükafatlandırmaq istər bilərsinizmi?

Qoz; tərkibində olan antioksidan maddələr sayəsində dərini qoruyur, hüceyrələrin sürətlə yenilənməsini təmin edər. Qızartı kimi allergik dəri problemlərinə həll təqdim edir. Qoz maskasını istifadə edilən süd; üz illərdir seçilən tərkibində laktik turşu olan və dərini bəsləyən bir üsuldur. Bal; anti bakterial xüsusiyyəti sayəsində dəridəki sızanaq və aknelerin sürətlə yaxşılaşmasını təmin edərkən, qara nöqtə meydana gəlməsini ən az endirir. Portağal suyu həm tərkibindəki C vitamini həm də antioksidan maddələrlə dərinin yenilənməsinə köməkçi olar.

Dəri gözəlliyi üçün çox faydalı qoz maskasını dəqiqələr içində hazırlayıb, dərinizdəki müsbət dəyişmələ xoşbəxt ola bilərsiniz.

Vəsaitlər,

4 ədəd qoz içi

1 çay qaşığı bal

1 çay qaşığı portağal suyu

4 çay qaşığı süd

Hazırlanması və Tətbiqi,

Qozları mətbəx robotundan çəkin.

Şüşə bir kasada; qoz, süd, portağal suyu və südü qarışdırın.

Qarışığı üz və boyun bölgənizə masaj edərək yedirin.

10 dəqiqə gözləyib ilıq su ilə durulanın.

Qeydlər,

Qoz maskasını həftədə 1 dəfə tətbiq edə bilərsiniz.

Maskanı ən yaxşı nəticəsi almaq üçün isti duş sonrası açılmış dəri məsamələrinə tətbiq edə bilərsiniz.

Gündə 1-2 ədəd qoz yemək ürək və damar xəstəliklərinə qarşı bədəninizi qoruyar.

 
 
Tercume etdi :Su_Perisi_

 

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 10 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri