Qoz Maskası.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 287
Səs ver:
(səs: 3)

 

Hava çirkliliyi, makiaj, qeyri-kafi bəslənmə, az su içmək, hormonal dəyişmələr, dərman istifadəsi dərinizin köhnəlməsinə səbəb olar. Nəfəs ala bilməyən, bəslənməyən, yaşlanan dəridə, akne və sızanaq problemi, mat görünüş, ləkələr kimi problemlər ortaya çıxar. 

Bütün Bunlara Gözəl Bir Həll:

Aynaya baxdığınızda sağlamlıqla parlayan bir dəri görmək, qırışıqları önləmək, dəri hüceyrələrini yeniləmək üçün evdə asanca tətbiq edə biləcəyiniz qoz maskası ilə dərinizi mükafatlandırmaq istərsinizmi? 

Qozun tərkibində olan antioksidan maddələr sayəsində dərini qoruyar, hüceyrələrin sürətlə yenilənməsini təmin edər. Qızarıqlıq kimi allergik dəri problemlərinə həll təqdim edər. Qoz maskasında istifadə edilən süd,  illərdir dəriniz də laktik turşu olan və dərini bəsləyən bir üsuldur. Bal, anti bakterial xüsusiyyəti sayəsində dəridə ki, sızanaq və aknelərin sürətlə yaxşılaşmasını təmin edərkən, qara nöqtələrin meydana gəlməsinin də qarşısını alar. Portağal suyu həm tərkibində ki, C vitamini həm də antioksidan maddələrlə dərinin yenilənməsinə köməkçi olar.

Dəri gözəlliyi üçün çox faydalı qoz maskasını tez bir zaman da hazırlayıb, dərinizdəki müsbət dəyişmələrlə xoşbəxt ola bilərsiniz.

Vəsaitlər:

4 ədəd qoz içi.

1 çay qaşığı bal.

1 çay qaşığı portağal suyu.

4 çay qaşığı süd.

Hazırlanması və Tətbiqi:

Qozları mətbəx robotunda çəkin.

Şüşə bir kasada, qoz, süd, portağal suyu və südü qarışdırın.

Qarışığı üz və boyun bölgənizə masaj edərək yedirin.

10 dəqiqə gözləyib ilıq suyla durulanın.

Qeydlər:

Qoz maskasını həftədə 1 dəfə tətbiq edə bilərsiniz.

Maskadan ən yaxşı nəticəni götürmək üçün isti duş sonrası açılmış dəri məsamələrinə tətbiq edə bilərsiniz.

Gündə 1-2 ədəd qoz yemək ürək və damar xəstəliklərinə qarşı bədəninizi qoruyar.

Tərcümə etdi:ShoKKi_MoKKi

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 3 287
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri