Kim sağlam, yumşaq, parlaq və toxunulası saçlara sahib olmaq istəməz ki? Budur sizə sağlam saçlara sahib olmanın sirləri!
Saçlarınızı qoruyun Saçınızı fenlə qurutmaq, düzləşdiricilərlə düzləşdirmək, qıvırıcılarla qıvırmaq həqiqətən də çox zərər verici əməliyyatlardır. Saçlarınızı həm qurudarlar, həm də köhnəldərlər. Eyni zamanda da qırıqlara səbəb olarlar! Saçlarınızı bu şəkilləndiricilərlə şəkilləndirməniz lazım olduğunda, saçlarınızda mütləq istiliyə qarşı qoruyucu məhsullar istifadə edin.
Durulanmayan krem istifadə edin Bunlar həqiqətən də saçınız üçün mükəmməl məhsullardır. Saçlarınızı həm yumşaldar, həm nəmləndirər həm də itirdiyi vitamin və qidaları geri götürməsini təmin edərlər. Şampun və saç kremi Saçlarınız zamanla davamlı istifadə etdiyiniz şampun və kremə alışar. Bu səbəblə, arada bir, istifadə etdiyiniz məhsulları dəyişdirməniz saçınız üçün faydalı olacaq.
İstilik Soyuq suyun hər şeyi yaxşılaşdırdığını unutmayın! Hər nə qədər isti su ilə duş qəbul etmək çox rahatlaşdırıcı da olsa, saçınız üçün heç də sağlam deyil. İlıq ya da isti su saçınızın nəmini götürər və saçlarınızı qurudar. Bu səbəblə idealı, isti ya da otaq istiliyində suyla yuyunmaq və saç kreminə keçincə isə soyuq su istifadə etməkdir. Saç rezinlərindən uzaq durun Hər nə qədər saç rezinləri həyatımızı qurtarır da olsa saçlarınıza zərər verərlər. Bu səbəblə saç rezinlərindən mümkün olduğunca az istifadə edin və bunun yerinə bantlardan istifadə edin. Baxım edin Saçlarınıza zeytunyağı sürün və bu, gecə boyunca saçınızda qalsın. Zeytunyağı, saçınız üçün son dərəcə faydalıdır. Saçınızın nəmini geri qazanmasını təmin edər. Tərcümə etdi:PRETTY_GİRL