Saçlarınızı gurlaşdıran təbii maskalar

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 8 418
Səs ver:
(səs: 1)
Saçlarınıza göz oxşayan bir forma vermək istəyirsiniz, ancaq hər səfərində əlinizdə qalırsa, bu vəziyyətə son vermə zamanı gəlmiş deməkdir. Gur və dolğun saçlara qovuşmanın yolu təbiətdən keçir.

 Soyulmuş yarım avokadanı yaxşıca əzin. İçinə 2 ədəd bildirçin yumurtası, bir yemək qaşığı susam yağı əlavə edib qarışdırın və saç diblərinizə çəkin. Kolqa kağız ilə büküb iki saat gözlədin. Ardından saç tipinizə uyğun bir şampunla yuyun. Bu müalicəni həftədə bir dəfə təkrarlayın.

 Yarım qəhvə fincanı soya yağı, iki yemək qaşığı badam yağı, bir çay qaşığı dəniz duzu və bir çay qaşığı alma sirkəsini  istilədin. Qarışığı saç diblərinə boya əkər kimi çəkin və masaj edin. Ardından kolqa kağızı ilə bağlayıb iki saata qədər saxlayın.

 Saç dərinizə və saçlarınıza hindistan cevizi südü və ya aloe verə jeliyle masaj edin. Bunu başınızda yarım saat qədər saxladıqdan sonra, ilıq suyla durulayın. Həftədə 3 dəfə təkrarlayın.

 1 fincan xardal yağını 4 yemək qaşığı xına yarpağı ilə qaynadın. Süzdükdən sonra qalan mayeni bir şüşəyə doldurun və saç dərinizə nizamlı olaraq tətbiq edin.

 İsti zeytunyağı, bal və 1 çay qaşığı toz halında darçını qarışdırıb məcun halına gətirdikdən sonra, duşdan əvvəl 15 dəqiqə boyunca tətbiq edin.

Saçlarınızı qidalandırmaq üçün alma sirkəsi və ada çayını qarışdıraraq, saçınızı bu qarışıqla durulayın.
Tərcümə etdi: Aytən Mələk
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 8 418
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri