Quruyan saçlarınızı qidalandırmaq, yeni kəsdirdiyiniz saçlarınızın sürətli uzanmasını təmin etmək, saç tökülməsini dayandırmaq, rəngini itirmiş saçlarınızı canlandırmaq üçün ehtiyac duyduğunuz sehrli vəsait mətbəxinizdə!
Tökülən Saçlar üçün Gücləndirici Maska Tərkibi:
2 paket yaş maya
1 çay qaşığı ilıq süd
1 ədəd yumurta
1 çay qaşığı şirin badam yağı
1 çay qaşığı buğda yağı
Hazırlanması və Tətbiqi:
Maya, süd, yumurta və yağları qarışdırıb saç uclarına və diblərinə masaj edərək çəkin. Hər bölgəyə bərabər dağılması üçün geniş dişli bir daraq köməyi ilə darayın. Saçlarınızı bone ya da kalqayla bağlayıb 45 dəqiqə gözlədin. Müddətin sonunda əvvəl ilıq suyla durulanın sonra şampunlayın
Sürətli Saç Uzanması üçün Maska Tərkibi:
2 paket yaş maya
1 çay qaşığı ilıq su
2 yemək qaşığı soğan suyu
1 çay qaşığı şirin badam yağı
1 çay qaşığı bibəriyə yağı
Hazırlanması və Tətbiqi:
Mayanı suyun içində əritdikdən sonra soğan suyu və yağları qarışdırıb saç uclarına və diblərinə masaj edərək çəkin. Hər bölgəyə bərabər dağılması üçün geniş dişli bir daraq köməyi ilə darayın. Saçlarınızı bone ya da kalqa kağızı ilə bağlayıb 45 dəqiqə gözlədin. Müddətin sonunda əvvəl ilıq suyla durulayın sonra şampunlayın.
Tərkibi:
3 paket yaş maya
3 çay qaşığı kefir
Hazırlanması və Tətbiqi:
Maya və kefiri yaxşıca qarışdırdıqdan sonra 10 dəqiqə köpürməsi üçün gözlədin. Saç uclarına və diblərinə masaj edərək çəkin. Hər bölgəyə bərabər dağılması üçün geniş dişli bir daraq köməyi ilə darayın. Saçlarınızı bone ya da kalqa kağızı bağlayıb 30 dəqiqə gözlədin. Müddətin sonunda əvvəl ilıq suyla durulayın sonra şampunlayın.