Məşhurlar gözəl saçlarının sirlərindən danışdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 267
Səs ver:
(səs: 0)
Dünyaca məşhur qadınlar saçlarını yalnız bahalı markaların məhsullarını istifadə etməklə qorumurlar.

Bir çox tanınmış simalar ev şəraitində müxtəlif maskalar hazırlamaqda gözəl saçlara sahib olur.

Sağlam saçların sirini zeytun yağında görən amerikalı müğənni və aktrisa Qvinet Peltrou maskanı necə istifadə etmək mövzusunda da xanımlara məsləhət verib. Belə ki, yarım fincan zeytun yağını saçın diblərinə masaj edərək yeridin və 1 gün ərzində onu yumayın. Səhəri gün saçlarınızı yuyun və nə qədər canlandığının özünüz şahidi olacaqsınız.

Hər kəs tərəfindən sevilən Ketrin Zeta Cons isə gözəl saçların sirrini bal və pivədə görür. Bu iki qarışıqdan hazırlanan maskanı saçlarına sürtən Ketrin tez bir zamanda arzuladığı nəticəni əldə edə bilir.

Avstraliyalı aktrisa Nikol Kidman isə saçlarının parlaqlığını quşüzümü suyuna borclu olduğuna deyib.

Ancelina Coli isə saçlarına həcm qatmaq üçün diblərinə toz kirşan vuraraq onu daradığını etiraf edib.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri