Qıvrım saçlar üçün maskalar

Müəllif: Pure Love
Şərhlər: 10
Baxılıb: 21 654
Səs ver:
(səs: 10)
Hindqozu maskası
Bir ədəd təzə Hindqozunun südünü və bir limon suyunu istifadə edərək saçlarınızda möcüzələr yarada bilərsiniz. Hindqozu südü ilə yarım stəkan təzə sıxılmış limon sununu qarışdırmalısınız. Sıxlaşıb krem konsistensiyasına gələnə qədər soyuducunda soyumağa buraxmalısınız. Maskanı saçlarınıza tətbiq edib bir saat qədər gözlətməlisiniz. Ardından saçlarınızı yuya bilərsiniz. Bu maskanı həftədə 3 dəfə təkrarlaya bilərsiniz.

Bal maskası
Sevərək qəbul edilən bal, bənzərsiz ləzzətin yanında gözəllik ünsürü olaraq da böyük təsirlərə malikdir. Saçlarınızı üçün, beş yemək qaşığı süd tozuyla bir miqdar içmə suyunu qalın bir məcun meydana gətirənə qədər qarışdırmalısınız. Üzərinə bir şirin qaşığı bal əlavə edib qarışdırmağa davam etməlisiniz. Qarışığı saçlarınıza tətbiq edib 20 dəqiqə gözlətdikdən sonra saçınızı şampunlaya bilərsiniz. Qarışığı istədiyiniz sıxlıqda tətbiq edə bilərsiniz.

Zeytunyağı maskası
Zeytunyağının saçlara olan faydası hər kəs tərəfindən bilinən bir gerçəkdir. Doğru tətbiqlərlə maksimum səviyyədə səmərə əldə edə bilərsiniz. Bir çay fincanı zeytunyağını bir miqdar istilətməlisiniz. Daha sonra yüngül soyuması üçün gözləyib, saç kreminizin içinə qarışdırmalısınız. Qarışığı saçınıza tətbiq edib yarım saat gözlədikdən sonra suyla durulamalısınız. Maskadan sonra şampun istifadə etməniz lazım deyil.

Banan maskası
Bir kasa qatığa, yaxşıca əzilmiş bir ədəd bananı əlavə edib qarışdırdıqdan sonra saçlarınıza çəkməlisiniz. Saçlarınızda yarım saat gözlətdikdən sonra şampuanlayıb, ilıq suyla durulamalısınız. Xüsusilə boyalı saçlar üçün tövsiyə edilən bu maskanı ayda bir dəfə tətbiq edə bilərsiniz.
 
/Mənbə: Qadınlar.biz/
(səs: 10)
Şərhlər: 10
Baxılıb: 21 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri