2014 Ən dəbli saç modelləri

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 13 103
Səs ver:
(səs: 8)
 2014-cü ilin saç düzümləri sadə və eyni zamanda, dəbli görünür. Bu dəfə dizaynerlər mürəkkəb formalara və dağınıq saçlara deyil, sadə saç modellərinə üstünlük verməyə qərar aldılar. Bu il daha çox nəm effektli saçlar, at quyruğu və açıq sadə saçlar dəbdə olacaq. Dəbdə mükəmməl hamar saç düzümləri ilə yanaşı, həm də yüngül səliqəsizliklə yığılmış topuzlar olacaq.
Saç düzümlərinində artıq iri aksessuarlardan istifadə olunmayacaq. Bu il əsasən saçlar üçün nəzərdə tutulmuş nazik rezinlər, sancaqlar, saç rənginə uyğun lentlər dəbdədir.

Nəm saçların effekti
Saçlar üçün gel və bir az fantaziyadan istifadə edərək bu yay dəbdə olan obrazı yarada bilərsiniz. Nəm saçların effektiylə saç düzümlərini bir çox dizaynerlər təklif edir.

 

 At quyruğu

Aktual və rahat saç düzümü olan at quyruğu bir neçə variantda təqdim olunur: uca və yastı, hamar və ya dağınıq tellərnən olan modellər.

 

 

 

 Topuzlar

Gündəlik həyat tərzi üçün yüngül səliqəsizliknən yığılmış topuz saçlar mükəmməl variantdır. Dolce & Gabbana dizaynerləri isə belə saç düzümünü qızılı qəpiklər və güllərlə bəzəyiblər.

 

 

 

 

 Hamar saç düzümləri

Rəsmi üslub üçün mükəmməl obraz – hamar saç düzümləridir. Belə variantlar Christian Dior, Altuzarra, Jason Wu, Stella McCartney kimi dizaynerlərin nümayişlərində görmək mümkün idi.

 

 

 Hörüklər

Bu mövsümdə hörüklü saç düzümləri əvvəlki illərə nisbətən o qədər də çox deyil. Yalnız bəzi dizaynerlər belə növ saç düzümlərinə üstünlük veriblər. Belə ki, Giles-in bütün modelləri hörüklərlə podiuma çıxıblar. Antonio Berardi isə arxaya daranmış açıq saçlarla kombinə olunmuş hörüklər təklif edib.

 Açıq saçlar

Bu il açıq saç düzümlərinin bir çox variantları dəbdə olacaq. Həm ideal hamar saçlar, həm də səliqəsiz effekti verən açıq dağınıq saç düzümləri. Klassik dalğalı və buruq saç düzümləri də bu il dəbdədir.

 

 

 

(səs: 8)
Şərhlər: 7
Baxılıb: 13 103
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri