At quyruğu
Topuzlar
Gündəlik həyat tərzi üçün yüngül səliqəsizliknən yığılmış topuz saçlar mükəmməl variantdır. Dolce & Gabbana dizaynerləri isə belə saç düzümünü qızılı qəpiklər və güllərlə bəzəyiblər.
Hamar saç düzümləri
Rəsmi üslub üçün mükəmməl obraz – hamar saç düzümləridir. Belə variantlar Christian Dior, Altuzarra, Jason Wu, Stella McCartney kimi dizaynerlərin nümayişlərində görmək mümkün idi.
Hörüklər
Bu mövsümdə hörüklü saç düzümləri əvvəlki illərə nisbətən o qədər də çox deyil. Yalnız bəzi dizaynerlər belə növ saç düzümlərinə üstünlük veriblər. Belə ki, Giles-in bütün modelləri hörüklərlə podiuma çıxıblar. Antonio Berardi isə arxaya daranmış açıq saçlarla kombinə olunmuş hörüklər təklif edib.
Açıq saçlar
Bu il açıq saç düzümlərinin bir çox variantları dəbdə olacaq. Həm ideal hamar saçlar, həm də səliqəsiz effekti verən açıq dağınıq saç düzümləri. Klassik dalğalı və buruq saç düzümləri də bu il dəbdədir.