Boyanın korladığı saçlar üçün maskalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 14 584
Səs ver:
(səs: 1)
Saç boyları saç tellərinin nazilməsinə və korlanmasına səbəb olur. Buna görə həmin saçlara həmişə qulluq etmək lazımdır.

Zədələnmiş saçlar üçün
Zeytun yağı
Bemix ampulası
Bepanthene ampulası
Bunları qarışdırmadan zeytun yağını ilıq hala gətirin. Saçlarınıza sürtdükdən sonra 2 saat saxlayın. Korlanmış saçlarınıza yenidən sağlam bir görünüş verəcək.
 
Boyanın korladığı saçlar üçün
2 yumurta
2 xörək qaşığı badam yağı
1 qapaq jojoba yağı
Yumurtanın sarısını jojoba yağı və badam yağı ilə qarışdırıb saçlarınıza sürtün. 1 saat saxladıqdan sonra bitki mənşəli şampunla yuyun. Saçlarınıza yumşaqlıq və parlaqlıq verəcək.
 
Zəifləmiş saçlar üçün maska
1 stəkan buğda
5 stəkan su
Yarım stəkan hind yağı
Buğdanı suda qaynatdıqdan sonra yaxşıca əzin. İçinə hind yağını əlavə edib saçlarınıza sürtün. 1 saat saxladıqdan sonra yuyun. Maksimum 2 saat saxlaya bilərsiz. Saçlarınız əvvəlkindən də yumşaq və canlı hala gələcək.
 
Boyalı saçlar üçün maska
1 banan
1 yumurta
1 xörək qaşığı bal
5 qaşıq süd
5 qaşıq zeytun yağı
Bütün bunları blenderlə qarışdırın. Saç boyunca və uclarına sürtün. 20 dəqiqə saxladıqdan sonra yuyun. Həftədə 1 dəfə tətbiq edə bilərsiz. Bununla boyalı saçlar daha parlaq və nəmli görünəcək.
 
Boyadan korlanmış saçlar üçün
2 çay qaşığı aloevera geli
2 çay qaşığı qliserin
4 xörək qaşığı avokado yağı
Bunları qarışdırıb saçlarınızın uc hissəsinə daha çox olmaqla sürtün. Yarım saat saxladıqdan sonra yuyun. Saçlarınızın təbii görünüşünü qazanmasına kömək edəcək.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 14 584
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri