Saçqıranlı və cansız saçlar üçün - Məsləhətlər

Müəllif: SEVGI DENIZIM
Şərhlər: 24
Baxılıb: 7196
Paylaş:
Səs ver:
(səs: 17)
Cansız saçların ən əsas səbəbi saçları kimyəvi maddələrlə açmaq və ammonyaklı boyalarla yandırmaqdır.

Saçda niyə qırıq olur?
Boya, perma kimi kimyəvi təsirlərin daha tez-tez təkrarlanması, saç quruducu və düzləşdiricilərin daha çox istifadəsi, davamlı olaraq və eyni biçimdə saçların arxaya doğru yığılması, saç yığılarkən çox sıx rezin istifadəsi, saça uyğun olmayan saç baxım məhsullarının istifadəsi kimi faktorlar saçların quruyub cansızlaşmasına səbəb olur. Bu da saçların daha çox qırılmasına gətirir.
Genetik olaraq quru və qıvrım saçlı insanlar saçlarının daha tez-tez qırıldığından şikayətlənir. Belə insanların da saçlarına qarşı həssas olmazı lazımdır.

Saça hansı alətlərlə forma vermək qırıqları azaldır?
Saçları çox fırçalamamaq lazımdır. İstifadə etdiyiniz daraq və fırçanın dairəvi uclu olmasına diqqət yetirin. Saçlara forma vermək üçün istifadə etdiyiniz quruducu və düzləşdirici fenlər –saçlara isti hava ilə forma verdiyindən, saçların həddindən artıq qurumasına və qırıqların artmasına yol açır. Heç bir halda saçlarınızı yaş ikən fırçalamayın. Əgər saçlarınız dolaşırsa yavaş-yavaş ucdan başlayıb yuxarıya doğru, geniş dişli daraq və ya barmaqlarınızla açmalısınız.

Saçı kəsdirmək qırıq probleminə çarədirmi?
Saçları bəlli zamanlarda kəsdirmək qırıq problemini tək başına həll etməz. İki-üç ayda bir saçların ucundan bir neçə sm kəsdirilməsi məsləhətdir. Belə olan təqdirdə saç ucunda meydana gələn qırıqlardan xilas ola bilərsiz, amma bu yeni qırıqların əmələ gəlməsinin qarşısını almaz.Yeni qırıqların əmələ gəlməməsi üçün saçınıza zərər vuran əməliyyatlardan uzaq durun.
Saç ucları üçün duş qəbulundan sonra qidalandırıcı kremlər istifadə etməlisiz. Saçların orta hissəsindəki qırıqlar adətən rezinlərdən və saçınızı sıx yığmanızdan qaynaqlanır. Buna fürsət verməmək üçün mümkün qədər saçları boş yığmaq, ya da açıq qoymaq lazımdır.

Qırıqların əmələ gəlməməsi üçün nə etməliyik?
Saçlarınızı nəmli ikən daramaq daha faydalıdır. Quruduqdan sonra daramaq saçların daha tez qırılmasına səbəb ola bilər. Geniş dişli və dişlərinin ucu dairəvi olan daraqlardan istifadə etmək lazımdır. Saçları fırçalamaq istəyirsinizsə, ilk öncə daraqla açdıqdan sonra fırçalamaq daha sağlam olacaqdır. Heç vaxt saçlarınız nəm ikən fırçalamayın. Əks təqdirdə, qırılma ehtimalı daha çox olacaq. Saçlarınızı darayıb arxaya doğru sıx yığmamalısınız.

Saçlarınızı hər gün eyni istiqamətə daramaqdan çəkinin. Davamlı olaraq eyni istiqamətdə daramaq, saç köklərinin zədələnməsinə səbəb olur. Fərqli istiqamətlərdə saçlarınızı darayaraq saç köklərinizin daha canlı qalmasını təmin edə bilərsiniz.

Saçlarınızı qidalandırıb elastikliyini artıracaq və qırılmasının qarşısını alacaq saç baxım məhsulları istifadə etməlisiniz. Məsələn, jojoba yağının saçları qidalandıran təsiri vardır. Jojoba tərkibli şampun və kremlərə üstünlük verməlisiniz. Şampun alarkən tərkibində spirt olmamasına diqqət yetirin. Spirt bütün dərini və saçları qurudan bir maddədir. Quruluq da qırılmanın ən birinci səbəblərindəndir.

Jele, sprey kimi məhsulların tərkibində spirt olduğundan belə məhsulları çox istifadə etməmək lazımdır, əgər istifadə edirsinizsə, gün ərzində saçları yuyub təmizləmək lazımdır.

Saç qırıqları üçün saça necə qulluq etməliyik?
Saçların hansı dərəcədə zədələnməsindən asılı olaraq günlük, həftəlik, ya da aylıq baxımlar tətbiq edə bilərsiniz. Günlük baxımlarda saçın tipinə görə şampun və ardından dayanıqlılığı artıran kremlərdən istifadə etmək lazımdır. Belə kremlər saçların ətrafında qoruyucu təbəqə yaradaraq elastikliyini artırır.

Həftədə bir dəfə isti bitki yağı ilə saç diblərinə masaj edilə bilər. Zeytun yağı, küncüt yağı, qaysı yağı, hind qozu yağı kimi bəzi yağların tərkibində esensiyalı yağ turşuları var. Bunlar saçlarınıza təsir edərək dayanaqlılığını artırır. Belə yağları saçınıza masajla tətbiq edərək dəsmala sarıb sabaha qədər saxlayarsınızsa, saçın diblərinə və saç tellərinə daha yaxşı nüfuz edər. Saç ertəsi günü yuyula bilər.

Bəzi şampunların tərkibində təbii nəmləndiricilər olur və saçın təbii balansını qorumağa kömək edir. Xüsusilə də qarğıdalı, düyü, buğda tərkibli şampunlar bu cəhətdən daha faydalıdır.
Vazelinli məhsullardan və xolesterol tərkibli məhsullardan yayınmalısınız. Saça forma vermək üçün istifadə edilən jele, köpük və spreylərin çoxusunun tərkibində spirt var. Saçı qurudaraq qırıqların əmələ gəlməsinə səbəb olduğundan çox istifadə etməyin, istifadə etdiyiniz təqdirdə isə saçı gün ərzində yumaq məsləhətdir.

1.Saçlarım gücünü itirib? Çox tez qırılır. Saç dərim də çox qurudur və kəpək problemim var. Sizcə necə qidalanmalıyam?
Bu cür vəziyyətdə saç dərinizin sağlamlığını geri qazanmaq üçün A vitamini qəbul etmək lazımdır. A vitamini sağlam saç dərisi üçün çox faydalıdır. Xüsusilə də yumurta, buğda, qoz, göbələk və avakadoda bol miqdarda olan A vitamini saç dərinizin sağlamlığına qovuşmasında təsirli olacaqdır.

2. Saçlarım çox mat və solğun görünür. Sizcə nə etməliyəm?
Saçlarınızın mat və solğun görünməsi bədəninizdəki B1 Və B2 vitaminlərinin çatışmamasından qaynaqlana bilər. Bu vitaminlər hormon balansı üçün çox vacibdir. Saçlarınızın və dırnaqlarınızın sağlam uzanması üçün B1 və B2 vitaminlərini xüsusilə qəbul etməlisiniz.

B1 vitamini üçün çuğundur, paxla, ispanaq, fındıq yeyə bilərsiniz. B2 vitamini üçün süd və süd məhsulları, buğda unundan hazırlanmış çörək və badam yeyə bilərsiniz.

3. Saçlarım çox erkən yaşlarda ağarmağa başladı. Bu müddəti necə yavaşlada bilərəm?
Biotin saçdakı rəng piqmentlərinin qorunmasına köməkçidir. Balıq, kələm, kahı, pomidor və qreyfrutda bol miqdarda olan biotin sayəsində ağarma müddətini yavaşlada bilərsiniz.

4.Saçlarım çox donuq görünür. Çox cansızdır və asanlıqla qopur. Nə məsləhət görürsünüz?
Saç sağlamlığı üçün vitaminlər qədər əhəmiyyətli olan digər bir ünsür minerallardır. Dəmir çatışmazlığı bəhs edilən problemə səbəb ola bilər. Dəmir qana qırmızı rəngi verən hemoqlabin üçün lazım olan oksigen və karbondioksidi hüceyrə daxilinə və xaricinə daşıyır.Yəni, hüceyrələrimizin yenilənməsi və qidalanması üçün çox kritik rol oynayır. Bu səbəblə saçınızın yenilənərək güclənməsi üçün kifayət qədər dəmir qəbul etmək lazımdır. Quru meyvələr, xüsusilə, quru üzüm və quru ərik dəmirlə çox zəngindir.

loading...
(səs: 17)
Şərhlər: 24
Baxılıb: 7196
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
EsmaNur
saclarim cooox cansizdi
18 aprel 2015 01:30
24
Offline
Mrs.A
Sachim duzdu elede fenden istifade etmirem arada buruq feninde istifade edirem. Qisa kare isteyirem amma icaze yoxduuu :( chalishacam kesdirim cunku sacqirandi
26 mart 2015 18:44
23
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
vipbetul
heleki bunlara ehtiyacim yoxdu
14 mart 2015 00:50
22
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
MiRA
lazimli melumat idi twk

sacim uzanmir bu haqqdada yazsaz yaxwi olar
8 mart 2015 01:39
21
Qədrimi bil -_-GECƏ-_- bir sənə göz yumuram...!
Offline
Miss_Angel
saci nece uzadirlar o haqdada olsa yaxwi olar
5 mart 2015 14:10
20
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
Mar Mar
Yaaa benim saçlarım berbsd durumdaaaaaa:((((
3 mart 2015 13:01
19
Offline
qes qiz
Sacimda qiriq az olur ancaq tez yaglanir oncunda mesleh gozleyirem tesekurler
1 mart 2015 20:13
18
Offline
Tomris Müslümova
sacima cox fikir verirem bele prablemim de yoxdu her yumazdan ewel zeytun yagi vururam bide her ay ucunnan 23 sm kesdirirem
28 fevral 2015 16:32
17

Sən sadəcə mənimsən...!
Offline
Slatkaya Miska
Sacqiran var ama cansiz deyil
28 fevral 2015 10:12
16
Offline
lili)
sacqiran kokunu kesireee
28 fevral 2015 08:47
15
Offline
isveç.de
Saçım tez uzansada amma əsəbdən çox surrətlə tökulur belə getsə yaxın gələcəkdə mən keçəl qalacam122122
28 fevral 2015 05:12
14
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
ece uslu
en boyuk problemim sacqiranlardin hec sacimdan eksik olmurlar
28 fevral 2015 00:19
13
Offline
qanadli melek
Saclarim sacqiranli ve cansizdi
27 fevral 2015 22:14
12
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
gulka azeri
menimde sacimdan wikayetim var hem tokulub heyf cox gur idi evvelki gur saclarimi isderdim indi ise sacqiranlar var
27 fevral 2015 22:11
11
Offline
Baharim ol
saclarimdan narazi deyilem.burda yazilanlarin coxusuna emel edirem.en cox istifade elediyim maskaysa .genegercek yagi zeytun yagi birde yumurtadir
27 fevral 2015 22:01
10
Ama yenede
Offline
Şəbnəm Vüsal
lazımlı idi.amma səbrim catmadı axıra kimi oxumaga.atdım secilmişlərə.vaxt olanda oxuyacam
27 fevral 2015 21:20
9
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
Qlamurr
Saçqıran problemim yoxdu,çünki fendən az istifadə edirəm,həmçinin darıyanda qırmamağa çalışıram,ayda bir dəfə də uclarından kəsdirirəm..
27 fevral 2015 21:14
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
my_angel
Çox saģolun lazımlı idi çünki , saçımda saçqıran var,amma nə bir boyadan nə də kimyəvi maddədən istifdə etmirəm.
27 fevral 2015 21:01
7
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
AYKA-ISI
olanda kesdirirem gedir
27 fevral 2015 20:49
6
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Ay_El
Mene lazim olacaq teşekkürler
27 fevral 2015 20:32
5
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv