Yaşlı görsənmək istəmirsinizsə, bu saç boyalarından uzaq durun

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 1322
Paylaş:
Səs ver:
(səs: 0)
Saçlarınızın tərzi və yaxud rəngi yaşlı görünməyinizə səbəb ola bilər

Saç modeliniz sizi vəzir də, rəzil edə bilər. Elə buna görə də gözəlik salonuna getməzdən əvvəl diqqətli olun. Ən yaxşısı bizim məsləhətlərimizi nəzərdən keçirin.

Eyni boy kəsim – Saçların hər tərəfini eyni uzunluqda olması yaşlı görünməyinizə səbəb ola bilər. Dalğalı saçlar daha azad və gənc görk bəxş edir.

Saç kremləri, jele və.s – Saç kremlərinin həddindən artıq istifadəsi saçları korlamaqdan başqa, sizi gülünc vəziyyətə sala bilər. Saça forma vermək istəyirsinizsə, saç kremlərindən, jeledən çox az istifadə edin. Qabın hamsını başınıza doldurmayın. Gözəllik salonuna gedəndə ustaya saçlarınıza zərər verən maddələrdən çox istifadə etməsinə icazə verməyin. Bu məhsullardan çox istifadə edildiyi zaman saçlar təbii parlaqlığını itirir və solğun görünür.

Sarı saçlar – Yaş ötdükcə dəridəki piqmentlər öz keyfiyyətini itirir və dəri solğun görünər. Sapsarı saçlar da yaşlı göstərir.

Qırıq saçlar – baxımsız qırıq saçlar cansız görünür. Parlamayan saçlar isə yaşlı görünməyə səbəb olur. Saç uclarını mütəmadi olaraq kəsdirin. Qidalandırıcı kremlərdən və maskalardan istifadə edin.

Çox tünd saçlar – Saçlar çox tünd olduğu zaman üzünüzün solğunluğu, qırışlar, şişlər, göz altı qaralar daha tez nəzərə çarpır. 30 yaşdan sonra saçlarınızı çox tünd rəngləməyin. Mütəxəssislər 30 yaşdan sonra saçların rəngini bir az açmağı tövsiyə edir

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1322
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook