Qısa
saçlar bu gün ən dəbdə olan kəsimlərdir. Bu saç stili kişiyə xas olsa
da, qızlar da həmin saç düzümündə dəbli və effektli görünür.
Odri
Hepbern "Roma tətilləri” filmində qısa saç stili ilə hər kəsdə yüngül
şok effekti yaratsa da, çox keçmədən onun oğlan saç stilini cəsarətli
modapərəstlər də təkrarlayıb. "Tiffanidə səhər yeməyi” filmindən sonra
isə onun adı əsl stil ikonası kimi hallanmağa başlayıb. Nəticədə, Odri
Hepbern dəblə ayaqlaşan deyil, dəbi yaradan qadınlardan biri sayılıb.
Məşhur
rejissor Jan Lük Qodarın "Son nəfəsdə” filmində insan gözlərini Cin
Siberqin qısa saçından ayıra bilmir. Parisdə yaşayan qadının həyatından
bəhs edən filmdə aktrisa güclü qadın obrazında çıxış edib.
Oğlan
saç stili deyəndə, şübhəsiz, ağlımıza ilk növbədə dünya şöhrətli model
Tviqqi gəlir. 1960-cı illərdə qısa saçın dəbə minməsində onun rolu
əvəzsizdir. Tviqqi yalnız öz zamanının deyil, bütün zamanların ən
ruhlandırıcı qadınlarından olub.
Bir
müddət öz əhəmiyyətini itirən oğlan saç stili 90-cı illərdə Linda
Yevangelista, Keyt Moss və Naomi Kempbelin sayəsində yenidən dəbə minib.
Linda super model statusunu qazanmasını da qısa saç stilinə borcludur.
Viktoriya Bekhem səhnə həyatının ilk illərində ən iddialı oğlan saç stilinə üstünlük verib.
"Pişik
qadın” filmində Holli Berri qısa saç stili sayəsində vəhşi pişik
obrazını ən yaxşı şəkildə canlandırıb. Daha sonra qısa saç stilindən
imtina etməyən Berri bir çox qadınların da böyük ilham mənbəyi olub.
2005-ci
ildə Kira Naytli uzun, dalğalı saçlarını qısa kəsdirməklə hər kəsi
təəccübləndirməyə müvəffəq olub. Üstəlik, modapərəstlərin rəğbətini
qazanaraq onları da saçını kəsməyə cəsarətləndirib.
Natali
Portman saçını "V for Vendetta” filmi üçün kəsdirib. Qısa saç düzümü ona
çox yaraşdığından bir müddət bu saç düzümündən imtina etməyib. Üstəlik,
qısa saç stili ilə seksuallığını nəzərə çarpdırıb.
"Harri
Potter” filminin əsas qəhrəmanı Emma Uatsonun da qısa saç stilinin
aktuallaşmasında böyük payı var. O, qısa saç stilini cəlbedici göz
makiyajı ilə tamamlamağı xoşlayıb.
Cennifer
Lourens nə etsə, hadisəyə çevrilir. Təəccüblü deyil ki, onun qısa saç
stili radikal dəyişikliyə hazır olan bir çox qızın uzun saçları ilə
vidalaşmasına səbəb olub.