Gözəl
qadın obrazının uğurlu alınmasında saç düzümü həmişə həlledici rol
oynayıb. Stilistlər isə bildirir ki, saçlar üz cizgisinə uyğun
yığılmalıdır.
Demək
olar ki, hər mövsüm saç düzümlərinin dinamikası və forması dəyişir. Bu
bahar hörüklər, dağınıq, yarım toplanmış saçlar, eləcə də az dalğalı
uzun saçlar dəbdə olacaq. Bunun səbəbi isə bohem stilinin dəbə
qayıtmasıdır. Brendlərin çoxu bohem stilində geyimlər təklif elədiyi
üçün, saçlarda təbiilik ön planda olacaq.
Baharın saç dəbini belə sıralamaq olar:
1.Yuxarıda və aşağıda toplanmış at quyruğu
2.Hörüklü saçlar
3.Orta uzunluqda saçlar - bob kəsimi
3.Dalğalı saçlar
4.Kəkil dəbi
5.Toppuz
6.Yarım toplanmış saçlar
7.Romantik saç düzümləri
8.Oğlan saç stili