Saça necə qulluq etməli?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 5 647
Səs ver:
(səs: 1)

+++++Saça necə qulluq etməli?


 

Saç -təbiətin insana bəxş etdiyi bir gözəllikdir. Bəzi hallarda başın dərisində kəpək əmələ gəlir. Belə vaxtda  təzə   
 yuyulmuş saç da çirkli görünür və ilk növbədə bu da saçın tökülməsinə səbəb olur. Bunun yaranma səbəbi bədəndə
 maddələr mübadiləsinin pozulması və vitamin çatışmazlığıdır. Ona görə də başın tükünə qulluq etmək lazımdır.
 Odur ki, bu gündən etibarən saçı gündə 3 dəfə yumaq yox, 3 dəfə vitaminli qidalar  -   göy-göyərti, meyvə-tərəvəz 
 yemək lazımdır. Çox yağlı yemək olmaz. Acı bibər, çox duzlu və şirniyyatdan uzaqlaşmaq lazımdır.

8 saatdan az yatmaq saçın tökülməsi ehtimalını artırır.  Başı hər gün yox, çirklənəndə yumaq lazımdır.

 
 Yaxşı olar ki, yuduqdan sonra 1 litr suya 1 x / q alma sirkəsi töküb yaxalayasız. Sonra saçı tam qurulamaq olmaz.
 Hər kəsin şəxsi darağı olmalıdır. Çünki baş tükündə kəpək yoluxucu xəstəlikdir.
 Başın dərisini masaj etmək lazımdır. Yəni başı hər gün  tükün istiqamətində 100 dəfə səhər, 100 dəfə axşam taxta daraqla daramaq, kapron və dəmir daraqdan istifadə etməmək lazımdır.


Kəpək üçün maskalar: 
 * Yarım banan əzilib 1 saat soyuducuda saxlanır. 1 x / q. zeytun yağı, 1 yumurtanın ağı və xama qarışdırılıb saçın dibinə yaxılır.

1 saat saxlanır və yuyulur.
 *  Bibər şirəsi (hazır satılır) saçın dibinə sürtülür. 10-15 dəqiqə masaj edib 10-15 dəqiqə daraqla darayın. Sonra 1-2 saat 
saxlayıb yuyun.
 Bundan əlavə əgər saçda saçqıran varsa, saça ya zeytun, ya da badam yağı sürtüb papaqla örtmək və 1 saatdan sonra yumaq lazımdır.



Redakte etdi: Pretty girl

 
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 5 647
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri