Badam yağı ilə saç baxım maskaları

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 27 856
Səs ver:
(səs: 0)
Badam yağı universaldır, yaxşı kosmetik preparat hesab edilir, tibbi məqsədlərdə istifadə edilir. Həmçinin onu müxtəlif yeməklərdə qida əlavəsi kimi istifadə etmək olar, onun çox maraqlı və qeyri-adi dadı var.

Saçlar üçün badam yağı ilə maska çox güclü vasitədir: stimullaşdırır, bərpa edir, sağaldır və saçların tez uzanmasına yardım edir. Əgər gözəl, parlaq, uzun və sağlam saçlara nail olmaq istəyirsinizsə, badam yağı sizə bu işdə yardım edəcək, yağ ev şəraitində hazırlanan müxtəlif maskalarda istifadə edilir. Saçların növünə və vəziyyətinə müvafiq olaraq bir sıra reseptlər mövcuddur. Müsbət nəticə əldə etmək üçün keyfiyyətli yağ alın.

Badam yağı korlanmasın və müalicəvi xüsusiyyətlərini itirməsin deyə, onu qaranlıq sərin yerdə saxlamaq lazımdır. Şüşə açıldıqdan sonra yağ bir il ərzində yararlıdır, buna görə bu müddətdə istifadə etməyə çalışın, əks halda yağ faydalı və müalicəvi xüsusiyyətlərini itirəcək, siz də gözlədiyiniz nəticəni əldə etməyəcəksiniz.

Saçın tökülməsindən və zəif uzanmasından əziyyət çəkən qadın və kişilərə badam yağı yardım edəcək.
Badam yağından ən sadə istifadə üsulu: hər dəfə başınızı yumadan əvvəl masaj hərəkətləri ilə yağı saçların dibinə sürtmək. Masaj hərəkətləri qanın stimulyasiyasını artırmağa yardım edəcək, bu da bəsləyici maddələrin saçların kökünə sürətlə daxil olmağa imkan verəcək. Saçlarınız tez uzanacaq, parlaq, elastik olacaq və az töküləcək. Lakin unutmaq lazım deyil ki, badam yağının istifadəsində saç növü kimi nüanslar var.

Yağlı saçlar üçün istifadədə yağın miqdarına nəzər vermək lazımdır - bu həmçinin saçların uzunluğundan da asılıdır. Əgər yağdan lazımi miqdarda istifadə etsəniz, saçlarınız həddindən artıq yağlı olmayacaq.
Uzun saçlar üçün 2-3 çay qaşığı kifayət edəcək. Başınızı yumadan əvvəl saçlarınıza badam yağı çəkin və masaj hərəkətləri ilə diblərə sürtün, yavaş-yavaş aşağı hissəyə keçin. Saçlarınızı islatsanız prosedur daha asan olacaq, çünki nəm saçlara yağı rahat hopdurmaq olur. Yağın saçlarınızın uzunluğu boyunca bərabər yayılması üçün daraqdan istifadə edin. Yağı təxminən 20-40 dəqiqə saxlayın, sonra şampunla yaxşıca yuyun. Effektiv nəticə əldə etmək üçün proseduru həftədə 2-3 dəfə etmək lazımdır.

Quru saçlar üçün yağdan istifadə prinsipcə yuxarıda təsvir olunanla eynidir. Lakin yağdan başınızı yuduqdan sonra da istifadə etmək yaxşı olar. Proseduru həftədə 2-3 dəfə təkrarlamaq lazımdır. Artıq bir ay daima istifadədən sonra nəticəni görəcəksiniz. Bundan sonra prosedurların sayını ayda 3-4 dəfəyə kimi azaltmaq olar.

Evdə hazırlaya biləcəyiniz badam yağı ilə bir neçə maska resepti təqdim edirik:
1. İki fincan ilıq suyu, 1 qaşıq toz xardalı, 50 q kefiri, bir ədəd yumurta sarısını və 1 xörək qaşığı badam yağını qarışdırın və saçların dibinə çəkin, sonra saçlarınızı polietilen paket və isti məhrəbaya bükün. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

2. Köpük əmələ gələnə kimi yumurtanın ağını çalın, bir neçə damcı badam yağı əlavə edin və saçlarınıza çəkin. 15 dəqiqədən sonra ilıq su ilə yuyun.

3. Aloye yarpaqlarını əzin və badam yağı əlavə edin, maskanı saçlarınıza çəkin və 20 dəqiqədən sonra yuyun. Aloye antibakterial və sağaldıcı xüsusiyyətlərə malikdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 27 856
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri