Hamiləlik zəhərlənməsi nədir?

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 656
Səs ver:
(səs: 2)
Hamiləlik müddətində daima həkim nəzarətində olmaqdan əlavə, həm də qadının özünün öz orqanizmini diqqətdə saxlaması önəmli məsələlərdəndir. Bəzənbu həssas dönəmdə orqanizmdə müşahidən olunan ən xırda narahatlıq ciddi problemdən xəbər verə bilər. Hamiləlik zəhərlənməsi kimi.

Qadınla.Com bildirir ki, Türkiyənin Kadıköy Şəfa Sağlamlıq Qrupu Ataşəhər xəstəxanasının ginekoloqu Yasəmən Yaqut hamiləlik zəhərlənməsinin faciəyə səbəb ola biləcəyini açıqlayıb.

Hamiləlikdən zəhərlənmənin ilkin əlamətləri isə 20-ci həftədən sonra təzyiqin daima 140/90 olması, sidik analizində proteinin çıxmasıdır.
Ginekoloq bu problemin ana və uşaq ölümü ilə nəticələnə biləcəyini bildirib. Onun sözlərinə görə, buna əsas səbəb uşaqlıq yatağını əhatə edən incə qıvraq arterlərin həddindən çox daralmasıdır ki,bu zaman da dölün qidalanması mümkünsüz hala gəlir:

"Hamiləliyin 20-ci həftəsindən sonra qadının təzyiqi yüksəlir, sidikdə zülal itkisi müşayiət edilərsə, buna"preeklampsi" deyilir. Bu zaman epilepsiya tutmaları da baş verə bilər ki, buna "eklampsi" deyilir".

Bəs həkimlərin bəhs etdiyi "preeklampsi" kimlərdə müşahidə edilir?

İlk hamiləlik

Əkiz hamiləlik

Köklükdən əziyyət çəkən hamilələr

Əvvəlki hamiləliyində hipertəzyiqi olan analar

Hamiləlikdə hamiləlik şəkəri, gizli şəkəri olanlar

Xroniki böyrək xəstəsi olan analar

Otoimmun xəstəliyi (Lupus kimi) olanlar

Dörd və daha çox uşaq doğmuş analar.

Bəs bu xəstəliyin əlamətləri nədir?

Yüksək təzyiq

Hamilədə beyin qanaması

Ürək çatışmazlığı

Böyrək çatışmazlığı.

Hamiləlik zəhərlənməsi zamanı uşaqda inkişaf geriləyir və erkən doğum təhlükəsi yaranır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri