9 möhtəşəm ay...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 18 168
Səs ver:
(səs: 2)

9 möhtəşəm ay...

Ana olmaq hər bir qadının ən müqəddəs arzusudur! Bu dəfə ana olmaq arzusu çin olduqda hamilə qadının orqanizmində baş verənlərdən danışacayıq.

Əziz xanımlar! 7 saylı qadın məsləhətxanasının mama-ginekoloqu İradə Hacıyeva 9 möhtəşəm ayı əhatə edən hamiləlikdən danışır. Axı körpənin doğulması , dünyanın ən böyük möcüsədir!
Hər bir ailə quran gənc , ana olmaq arzusu ilə yaşayır. Öz aləmində müxtəlif xəyallar qurur, dünyaya gələcək körpəsini təsəvürünə gətirir. Lakin dünyaya sağlam övlad gətirmək üçün ana özü də sağlam olmalıdır. Çünki bu dövrdə qadın orqanizmində , müxtəlif dəyişikliklər əmələ gəlir: qan azlığı, müxtəlif infeksiyaların təsiri, ürək-damar sistemində, böyrəklərdə olan dəyişikliklər. Ona görə də yaxşı olardı ki, ümmiyyətlə ailə qurmağa hazırlaşan qızlar lazımi müayinələrdən keçsinlər və gərəkli müalicələri qəbul etsinlər.
-Hamilə qadının səbirsizliklə gözlədiyi an isə körpəsinin ana bətnində ki ,hərəkətidir. Arıiq bu müddətdən başlayaraq qadın hamiləliyin şirinliyini dadmaga başlayır. Tərpənişlər sevinc mənbəyi olduğu kimi , hərəkətlərin məhdudluğu da ana üçün həyəcan mənbəyinə çevrilir... Elə isə ana nələri bilməlidir?
- Anası ilə hərəkətlərin köməyi ilə ünsiyyətə girən döl, yaranan problemlərdən də sanki xəbər verə bilir.
 Məsələn əgər anada qan azlığı varsa, döldə də hipoksiya əlamətləri olur və ana dölün hərəkətində bu narahatlığı hiss edə bilir.
Əsrlər boyu gələcək analar həyəcanla, sevinclə və ümidlə hələ dünyaya gəlməmiş körpəsinin hərəkətini gözləyir. Hətta bu günkü dövrdə müasir müayinə metodları olmasına baxmayaraq ,dölün hərəkəti onun yaşama qabiliyyətinin əsas göstəricisi sayılır.
Döl ana bətnində çox erkən hərəkətə başlayır, lakin bu hərəkətlər qeyri-iradi xarakter daşııyır. Döl sanki dölyanı mayedə üzür, çox nadir hallarda uşaqlıq divarına toxunur. 16 həftəsindən sonra isə döldə hərəkət aktivliyi əmələ gəlir. Müxtəlif səslərə -əsasən ananın səsinə reaksiya verməyə başlayır.
18 həftəsində döl əlləri ilə göbək ciyəsinə toxunur, əl barmaqlarını yumub-açır, üzünə toxunur, hətta uca, kəskin səs eşitdikdə əlləri ilə üzünü örtür.
-Dölün yaxşı inkişafı üçün ana nə isə edə bilərmi ?
-Anaya yaxşı qidalanma və çoxlu stimullar lazımdı. Əgər dölə oksigen və qida çatmırsa döl aktiv hərəkətə başlayır və bununla da sanki cifti masaj edib, uşaqlıq yığılmasını artırmaqla lazımı miqdarda qan porsiyası əldə edib, oksigen aclığını aradan qaldırır.
20-22 həftəsində baş və onurğa beyin formalaşdığına görə dölün hərəkəti requlyar olur. Təxminən 20 həftəsində ana bu hərəkəti hiss etməyə başlayır. Təkrar doğan hamilələr isə bu hərəkəti bir qədər tez, 18 həftəsində hiss edirlər.
Hər bir qadına bu hərəkətlər müxtəlif təsir edir, bəziləri balığın üzməsi hissiyatı, kəpənəyin qanad açması və s. hissləri yaşayır.
5 aylıq döl yarım saat müddətində 20 – 60 təkan edə bilər. Ümumiyyətlə hərəkətin ritmi və gücü günün vaxtından asılı olaraq dəyişə bilir.
-Səhv eləmirəmsə artiq 24cu həftədən başlayaraq , dölun hərəkətləri xüsusi “məna” daşiyir...
-24-cü həftədə dölün hərəkəti yenidoğulmuşun hərəkətinə oxşayır. Sanki bu dövrdən ana ilə danışmağa başlayır, özünün razılığını, narazılığını bildirir. Döl ananın vəziyyətinə reaksiyasını bildirir. Əgər ana həyəcanlanır və ya sevinirsə, döl bir qədər aktiv hərəkət edir və ya bir müddət sakitləşir.
-Əgər dölün hərəkəti ağrılıdırsa necə? Bu nədən xəbər verir?
- Bu onun vəziyyətinin qənaətbəxş olmadığını bildirir. Bəzən dölün hərəkəti anaya da ağrı verir. Belə halda öz vəziyyətini dəyişməlidir. Belə vəziyyət bir neçə saat davam edərsə mütləq həkimə müraciət etmək lazımdır
-Əgər ana dölun hərəkətini hiss etmirsə?
-Əgər hamilə qadın dölün hərəkətini 12 saat müddətində hiss etmirsə bu çox həyəcanlı siqnaldır. 24 həftədən başlayaraq döl orta hesabla 1 saat müddətinə 10 – 15 dəfə hərəkət edir, lakin 3 saat müddətində yatıb, heç tərpənməyə də bilər.
-Dölün qəflətən aktiv hərəkət etməsi nəyə dəlalət edir?
- Bu hal ananın qeyri-mütənasib vəziyyətində də olur ki, bu da dölə oksigen az çatdıqda baş verir. Əgər ana uzun müddət oturarsa, arxası üstə çox uzanarsa, ayağını ayağının üstünə aşırıb oturarsa qeyd olunan vəziyyət yaşanır. Əgər ana vəziyyətini dəyişərsə bu halı keçib gedir.
-Dölün vəziyyətini qiymətləndirmək üçün hansı üsullar mövcuddur?
- 28 həftədən sonra, anaya 10 –a kimi say testi tapşırılır. Hərəkətin sayılması səhər 9.00- dan axşam 21.00-dək aparılır. Dölün hər bir hərəkəti qeyd olunur. Bu hərəkətin azlığı döldə oksigen çatmazlığından xəbər verir.
Ən yüksək hərəkət aktivlivlik 24-32 həftə arasında olur. Sonra tədricən azalır, gücü isə əvvəlki kimi olur.
Hamiləliyin axırına yaxın dölün daha aktiv hərəkəti onun ətrafları yerləşən hissədə hiss olunur.
-Dölün hipoksiyasının konkret səbəbləri varmi?
- Dölün hipoksiyasının səbəbi müxtəlif xəstəliklərdir: anemiya, ürək-damar xəstəlikləri, şəkərli diabet, qanaxmalar, döl-cift qan dövranındakı çatişmazlıqlar, döldə rezus konfliktin olması.
Dölün ən aktiv hərəkəti gecələr, ana yuxuda olarkən olur.
-Dölun müxtəlif qıcıqlara reaksiya necə olur?
-Döl öz hərəkəti ilə müxtəlif reaksiya verir. Məsələn USM-də aparatın soyuq ucluğunu hamilə qadının qarnına toxundurduqda, soyuq su axınının altında olduqda, ananın əli qarnının üstündə olduqda o , həmin hissəyə yaxınlaşır. Əgər ana xəstədirsə, hər hansısa stress keçirirsə dölun hərəkəti aktivləşir. O, cifti masaj edir ki, normal qidalana, oksigen ala bilsin.
Bəzən ana yatarkən yataqda uzandığı vəziyyət dölu qane etmir. Bu zaman da o , hərəkətə başlayır, ana vəziyyətini dəyişdikdən sonra döl sakitləşir. Dölün ən aktiv hərəkət vaxtı saat 19:00-dan səhər 4:00 qədər olan vaxtdır.
 
Redakte etdi: PRETTY GIRL
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 18 168
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri