Hamilə qalmaq mümkün olmursa, nə etmək lazımdır?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 101
Səs ver:
(səs: 0)
Uşaq dünyaya gətirmək üçün dəfələrlə cəhd etməsinə baxmayaraq, bu cəhdi boşa çıxan cütlüklərin məyus olması tam təbiidir. Həftələr və aylar bir-birinin ardınca keçib-gedir, hamiləlik testi isə əvvəlki kimi mənfi nəticə göstərir. Əvvəlcə uşaq dünyaya gətirmək cəhdləri xoş bir iş kimi görünür, lakin bir neçə ay keçdikdən sonra bunlar həyəcan və hətta depressiya ilə müşayiət olunan ağır bir yükə çevrilə bilir. Bütün bunlara əlavə olaraq, ətrafınızda olanların təzyiqi, tanış və qohumların belə həssas mövzu ilə əlaqədar tez-tez suallar verməsi bu yükü daha da ağırlaşdırır və nəticədə cütlükdə belə bir fikir yaranır ki, onlar heç vaxt dünyaya uşaq gətirə bilməyəcəklər. Lakin özünüzü ələ almağa çalışın və bir faktı nəzərə alın ki, hamiləliyin baş verməsi üçün cütlüklərə ən azı altı ay vaxt lazımdır. Bəzən tam sağlam cütlüklərdə də bunun üçün iki və ya üç il lazım gələ bilir.

1) Qınağa “yox” deyək
Özünüz və ya partnyorunuzu məzəmmət etməyin. Qoy bu vəziyyət sizi daha da möhkəmləndirsin və bir-birinizə bağlasın. Hər ikiniz başa düşməlisiniz ki, hamiləlik arzusu və bunun üçün göstərilən səylər heç də həmişə istənilən qədər tez nəticə vermir. Tələsməyin, bir-birinizlə tez-tez söhbət edin, sizin kimi uşaq dünyaya gətirməyə çalışan digər cütlüklərlə məsləhətləşməyə çalışın.

2) Cəhdləriniz əzaba çevrilməsin deyə...
Fasilə verməyin vaxtı olduğunu bildirən əlamətlərə diqqət yetirin. Məsələn, sevgi məşğuliyyətləriniz sadəcə ovulyasiya simptomlarının yaranması ilə baş verən adi bir hadisəyə çevrilibsə... Bunun əvəzində nə zamansa evlənməyinizə səbəb olmuş sevgi və xoşbəxtlik hisslərinizin yenidən baş qaldırmasına çalışın. Axı yaxşı məlumdur ki, bir çoxları nə yolla olursa-olsun hamiləliyə nail olmaq fikrindən vaz keçdikləri zaman hamiləlik baş verir.

3) Uşaqların ad günləri
Uşaq sahibi olan dostlarınızın hər bir dəvətinə mütləq şəkildə razılaşmağa ehtiyac yoxdur. Növbəti bir uşağın ad gününə getməməyə, təbii ki, ixtiyarınınz var. Bu, ciddi bir incikliyə səbəb olmayacaq, siz isə özünüzü yığıncağın səbəbkarı üçün hədiyyə axtararaq uşaq oyuncaqları mağazalarına baş çəkmək zərurətindən doğan məyusluq hissindən azad etmiş olacaqsınız.

4) Pozitiv
Həyatınızı pozitivlə doldurmağa çalışın. Sevdiyiniz işlərlə məşğul olun və ya özünüzə bir hobbi tapın. Həmişə şəkil çəkmək və ya tikiş tikmək arzusunda olmusunuz? Yeni işə məhz indi başlamağa sizə nə mane olur ki? Qətiyyətlə bu istəyin ardınca gedin!

Yəqin xatırlayırsınız ki, hələ qədimdən gülüş ən yaxşı müalicə vasitələrindən biri hesab edilir. Bəs nə üçün ona müraciət etməyəsiniz? Tez-tez yaxşı komediya filmlərinə və ya tamaşalarına bilet alıb özünüzü sevindirin və ya evdə öz sevimli divanınızda oturub birlikdə əyləncəli televerilişlərə baxın. Bəzən ağlamaq da faydalı olur. Əgər bunun sizi yüngülləşdirəcəyini düşünürsünüzsə, ağlayın. Amma, əlbəttə ki, hərdən-bir.

Nəhayət, əgər bir ildən artıq vaxt keçibsə və sizin hamilə qalmaq cəhdləriniz hələ də uğurla nəticələnməyibsə, həkimə müraciət edin. Əgər yaşınız 35-dən çoxdursa, və endometrioz və ya çanaq orqanlarının iltihabi xəstəlikləri kimi ginekoloji problemləriniz varsa, bu halda həkimə daha tez müraciət etmək lazımdır.

Bundan əlavə, öz həyəcan və qorxularınızı bizim forumumuzda da paylaşa bilərsiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 101
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri