Vegeteryan hamilələrin yeməsi lazım olan qidalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 898
Səs ver:
(səs: 0)
Uşağın sinir sistemi üçün mərci və sitrus: Fol turşusu, sinir ucu zədələrini, beyin və onurğadak; ciddi anormallıqların qarşısını almağa kömək edən bir elementidir. Hamiləliyin 2-ci və 3-ci ayından əvvəl 400-800 mikroqram fol turşuya ehtiyac var. Sonrakı aylarda gündəlik 600 mikroqram yetərli olur. Mərci, sitrus, kuşkonmaz, brokkoli, yaşıl yarpaqlı tərəvəzlər, pomidor suyu fol turşu baxımından zəngin qidalardır.

Sümüklərə süd və badam möhkəmlətməsi: Körpənin və ana namizədinin güclü sümük və diş quruluşu üçün kalsiuma ehtiyacı var. Kalsium eyni zamanda qan dövranı, əzələ və sinir sisteminin nizamlı işinə yardımçı olur. Əgər bu prosesdə kifayət miqdarda kalsium almazsa uşağın ehtiyacı ananın sümüklərindən qarşılanır. Gündəlik lazım olan 1000 -1200 milliqram kalsium, süd və süd məhsullarının habelə; Badam, ispanaq, kərəviz, şüyüd, tam buğda çörəyindən təmin etmək olar.

Yumurtanı unutmayın: Körpənin inkişafı üçün həyati əhəmiyyət daşıyan zülal; Yumurta, süd məhsulları, araxis, soya, lobyaləlar və quru meyvədə yüksək miqdarda olur. Bunun yanında hüceyrə bölünməsi və zülal sintezi üçün lazım olan B 12 yalnız heyvani qidalarda var. Bunun üçün yumurta, pendir və süd məhsullarını istehlak etmək olduqca əhəmiyyətlidir.

Dəmir çatışmazlığında noxud və doşab: Hamiləlikdə qan dəyişiklikləri inkaredilməz bir həqiqətdir. Bu üzdən dəmirə olan tələbat həmişəkindən 2 dəfə artıq olur. Tövsiyə edilən gündəlik miqdar 30-60 milliqram. Doşab, yulaf, noxud, balqabaq, yaşıl noxud, soya lobyası, ispanaq dəmir tərkibi zəngin bitki qidalardır.

D vitaminsiz qalmayın: D vitamini orqanizmdə kalsiumun mənimsənilməsi üçün lazımdır. Orqanizmdə günəş işığı köməyi ilə istehsal edilir. Bir çox süd məhsulu, yumurta, göbələk D vitamini ilə zənginləşdirilmişdir.

Sink üçün bamiyə və quşqonmaz: Sink çatışmazlığının doğumda ağırlaşma ehtimalını artırdığı məlumdur. Görülən bəzi işlərdə vegetaryan hamilələrdə sink səviyyələrinin daha aşağı olduğu görülür. İspanaq, göbələk, yaşıl noxud, bamiyə, kuşkonmaz kimi qida maddələrində olmaqla birlikdə heyvani qidalarda sink daha təsirli şəkildə sorulur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 898
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri